Erməni deputat İstanbulda Zəngəzur dəhlizinin əhəmiyyətindən DANIŞDI

Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan Azərbaycan–Ermənistan sülh prosesinə dair diqqətçəkən açıqlama verib.

Bizim.Media xəbər verir ki, o, İstanbulda keçirilən toplantıda bildirib ki, rəsmi İrəvan ilk dəfə iki ölkənin sülhə bu qədər yaxın olduğunu düşünür.
 

Xandanyan çıxışında Vaşinqtonda 8 avqust tarixində imzalanmış bəyannaməni “tarixi sənəd” adlandıraraq qeyd edib ki, bu sənəd Ermənistan və Azərbaycanın münaqişəni geridə qoymağa dair real siyasi iradəsini təsdiqləyir.


Onun sözlərinə görə, Birgə Bəyannamə suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında münasibətlərin yeni mərhələsinə yol açır. Deputat ABŞ-ın, xüsusilə də Prezident Donald Trampın vasitəçilik rolunu yüksək qiymətləndirib.

Erməni rəsmisi həmçinin bildirib ki, iki ölkə arasında sülh sazişinin imzalanması və ratifikasiyası üzrə işlər davam etdirilir və Vaşinqton sammitində paraflanmış layihə hazırda son mərhələdədir.
 

Xandanyan deyib ki, regionda kommunikasiyaların açılması istiqamətində aparılan müzakirələr praktik mərhələyə keçib. O, Ermənistanın irəli sürdüyü “Sülh kəsişməsi” təşəbbüsü çərçivəsində TRIPP marşrutunun (Zəngəzur dəhlizi – red.) təkcə Cənubi Qafqaz üçün deyil, həm də Mərkəzi Asiya ilə Avropa arasında qlobal nəqliyyat bağlantısı baxımından əhəmiyyətli olacağını vurğulayıb.


Deputat, çıxışı zamanı ATƏT-in Minsk prosesi və onunla bağlı strukturların Azərbaycan və Ermənistanın birgə müraciəti əsasında ləğv edilməsini da etimadın möhkəmlənməsi baxımından vacib addım kimi təqdim edib.

Xandanyan, həmçinin, Ankara–İrəvan dialoquna toxunaraq, yaxın zamanda iki ölkə arasında münasibətlərin normallaşması və sərhədlərin açılması istiqamətində irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

ABŞ İranla atəşkəs rejiminin qorunub saxlanıldığını bildirdi

ABŞ İranla atəşkəs rejiminin qorunub saxlanıldığını bildirdi

"Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır - FOTO

"Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır - FOTO

Bu ölkə Hörmüz boğazında ABŞ-a hərbi dəstək verəcək

Bu ölkə Hörmüz boğazında ABŞ-a hərbi dəstək verəcək

Maaşınız gecikirsə, hər gün üçün ƏLAVƏ PUL almalısınız!

Maaşınız gecikirsə, hər gün üçün ƏLAVƏ PUL almalısınız!

Azər Əhmədov vəzifəsindən AZAD OLUNDU

Azər Əhmədov vəzifəsindən AZAD OLUNDU

Delsi Rodriqes: "Venesuela ABŞ-ın 51-ci ştatı olmayacaq"

Delsi Rodriqes: "Venesuela ABŞ-ın 51-ci ştatı olmayacaq"

Kipr klubunun rəsmisi: “Muaddabi “Qarabağ”la razılaşıb”

Kipr klubunun rəsmisi: “Muaddabi “Qarabağ”la razılaşıb”

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub – FOTO

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub – FOTO

Prezident WUF13-ə hazırlıqla bağlı görülən işlərlə belə tanış oldu - VİDEOÇARX

Prezident WUF13-ə hazırlıqla bağlı görülən işlərlə belə tanış oldu - VİDEOÇARX

İranla müharibə fonunda ABŞ-da inflyasiya maksimum həddə çatıb

İranla müharibə fonunda ABŞ-da inflyasiya maksimum həddə çatıb

İtkin düşmüşdü - meyiti 4 aydan sonra tapıldı

İtkin düşmüşdü - meyiti 4 aydan sonra tapıldı

Pentaqon rəhbəri ABŞ-ın sursat çatışmazlığı ilə bağlı şayiələrə CAVAB VERDİ

Pentaqon rəhbəri ABŞ-ın sursat çatışmazlığı ilə bağlı şayiələrə CAVAB VERDİ

Dünyanın neft paytaxtı Bakı: Qədim şəhərsalma ənənələrindən müasir urbanistik inkişaf modelinə doğru - ARAŞDIRMA

Dünyanın neft paytaxtı Bakı: Qədim şəhərsalma ənənələrindən müasir urbanistik inkişaf modelinə doğru - ARAŞDIRMA

İspaniya 9 mindən çox Ukrayna əsgərinə təlim keçib

İspaniya 9 mindən çox Ukrayna əsgərinə təlim keçib

7 dəfə ərə gedən Seda Sayandan evlənmək istəyənlərə MƏSLƏHƏT

7 dəfə ərə gedən Seda Sayandan evlənmək istəyənlərə MƏSLƏHƏT

Sibiqа Ukraynanın sülh danışıqlarındakı "qırmızı xətlərini" SADALADI

Sibiqа Ukraynanın sülh danışıqlarındakı "qırmızı xətlərini" SADALADI

Bakıda bu şagirdlər 14 gün məktəbə GETMƏYƏCƏKLƏR

Bakıda bu şagirdlər 14 gün məktəbə GETMƏYƏCƏKLƏR

İran müharibəsi ABŞ-a neçəyə başa gəlib? - Pentaqon AÇIQLADI

İran müharibəsi ABŞ-a neçəyə başa gəlib? - Pentaqon AÇIQLADI

Tiktoker "Eliş"ə hökm oxundu

Tiktoker "Eliş"ə hökm oxundu

Sabah bəzi ərazilər qazsız qalacaq

Sabah bəzi ərazilər qazsız qalacaq

Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib - FOTO

Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib - FOTO

Göyçayda QƏTL: arvadını qısqanıb öldürdü - VİDEO

Göyçayda QƏTL: arvadını qısqanıb öldürdü - VİDEO

End of content

No more pages to load

RADİO