İspaniya Baş Qərargahı 9 min ukraynalı hərbçinin təlim keçməsi barədə məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin 9 mindən çox hərbi qulluqçusu İspaniyada hərbi hazırlıq keçib.
Bizim.Media xəbər verir ki, bu barədə krallığın Baş Qərargahı "X" sosial şəbəkəsində məlumat yayıb.
"İspaniyada 9 mindən çox ukraynalı hərbçi təlim keçib", – deyə paylaşımda qeyd olunub.
İlin əvvəlində krallığın Müdafiə Nazirliyi məlumat vermişdi ki, Avropada hazırlıq keçən Ukrayna əsgərlərinin 10%-i məhz İspaniyada təlim görüb.
Bizim.Media