Evini Ermənistan dağıtdı, kompensasiyanı Azərbaycandan tələb edir... – Yaşar Cəfərovun ABSURD İDDİALARI

44 günlük müharibənin nəticələri bizə təkcə işğal olunmuş torpaqlarımızı deyil, milli qürurumuzu, dövlətimizin gücünə olan inamı da qaytardı. Bu qələbəyə asanlıqla qazanılmadı – illərlə hərbi-siyasi və iqtisadi əsaslar hazırlandı, xalq-dövlət birliyi formalaşdı, həm işğalçılara, həm də Azərbaycanın əleyhinə çıxış edən bütün qüvvələrə qarşı milli iradə sərgiləndi. Bu zəfər hər bir azərbaycanlının qürurudur, tarixidir, yaddaşıdır.

Yaşar Cəfərovun absurd iddiası

Təəssüflər olsun ki, bu qüruru anlamayan bəzi şəxslər məsuliyyətsiz, absurd açıqlamaları ilə gündəmə gəlməyə çalışırlar. Onlardan biri də Zəngilan rayonunun Yenikənd kəndinin sakini Yaşar Cəfərovdur.

O, sosial şəbəkədə videomüraciət yayaraq Azərbaycan dövlətindən vaxtilə Ermənistanın işğalına görə dağıdılmış evi üçün kompensasiya tələb edir. Özü də külli miqdarda.

Hüquqi və məntiqi yanaşma çox sadədir:

Əgər evin, torpağın Ermənistan tərəfindən dağıdılıbsa, kompensasiya məhz Ermənistandan tələb olunmalıdır.

Ancaq Yaşar Cəfərov kompensasiyanı Ermənistandan yox, Azərbaycandan tələb edir?

Azərbaycan dövləti, QHT-lər və ictimaiyyət nümayəndələri işğal dövründə xalqımıza və dövlətimizə dəymiş ziyana görə beynəlxalq miqyasda kompensasiya məsələsini dəfələrlə gündəmə gətiriblər. Bəzi məcburi köçkünlər fərdi qaydada beynəlxalq məhkəmələrdə Ermənistan dövlətindən kompensasiya tələb ediblər. Amma illərlə susan Yaşar Cəfərovun bu gün birdən-birə kompensasiya yadına düşüb. Tələbi isə yanlış ünvana – öz dövlətinə ünvanlayıb.

Yaşar Cəfərovun kimliyi və məqsədi

Araşdırmalarımıza görə, Yaşar Cəfərov 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin, sonrakı dövrdə isə AXCP-nin üzvüdür. O, zaman-zaman dövlətimizə qarşı qərəzli mövqedən çıxışlar edib. Elə sonuncu çıxışı da əvvəlkilərdən heç nə ilə fərqlənmir.

Yaşar Cəfərovun iddiaları məntiqsiz olduğu qədər məkrlidir. Onun niyyəti kompensasiya deyil, xalq-dövlət birliyinə xələl gətirməkdir. Bu tələbin Yaşar Cəfərovun şəxsi təşəbbüsü olması da inandırıcı deyil. O sadəcə mənsubu olduğu partiyanın “başbilənləri” tərəfindən öyrədilib, ortaya atılıb.

Həmin “başbilənlər üçün isə heç bir əxlaq kodeksi yoxdur. Əgər olsa idi, Yaşar Cəfərova ilk növbədə hüquqları izah olunardı, daha sonra isə hara müraciət etməli olduğu başa salınardı. Amma bunların heç biri edilməyib və o çirkin oyunun parçasına çevrilib.

5 ildə nə dəyişdi?

Yaşar Cəfərov 2019-cü ildə küçədə “Zəngilanımı alsın, Paşinyan yol çəkir Zəngilana” deyə bağırırdı.

İstəyi reallaşandan sonra - 2020-ci ilin payızında verdiyi müsahibədə isə Zəngilanın işğaldan azad olunmasını göz yaşları və sevinclə qeyd edirdi:

“Dövlətimiz var olsun. Dövlətimizdən çox razıyıq. Həmişə dövlətimizin arxasındayıq”- deyən Yaşar Cəfərov birdən-birə dövlətimizdən ermənilər tərəfindən dağıdılmış evi üçün kompensasiya tələb edir.

Amma 30 ildən çox müddətdə özü də daxil olmaqla məcburi köçkünlər üçün dövlət tərəfindən görülən işləri unudur.

Dövlətin 30 illik dəstəyi – gözardı edilməyən faktlar

Son 5 ildə Azərbaycan hökuməti məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qaytarılması üçün nəhəng layihələr həyata keçirib.

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış da məhz Yaşar Cəfərovun doğulduğu rayondan – Zəngilandan başladı. Ağalı kəndində müasir infrastruktur yaradıldı. Ermənistanın xarabalığa çevirdiyi torpaqlarımız üzərində “ağıllı kənd” inşa edildi.

Ən əsası Zəngilana – doğma yurduna qayıdan sakinlər dövlət tərəfindən inşa edilmiş evlərlə təmin olundular. Ağalıdan başlayan Böyük Qayıdış proqramı Laçında, Kəlbəcərdə, Şuşada, Füzulidə, Cəbrayılda və digər rayonlarda davam etdirildi.

Hazırda işğaldan azad olunmuş bütün ərazilərdə infrastruktur yaradılır, yeni qəsəbələr, şəhərlər salınır. Görülən işlər nəticəsində 60 minə yaxın şəxs bu torpaqlarda yaşayır, çalışır, təhsil alır. Onların bütün ehtiyacları yüksək səviyyədə qarşılanır. Bütün bunların hamısı isə Azərbaycan dövlətinin vəsaiti ilə həyata keçirilir.

Hələ onu demirik ki, 30 ildən artıq müddətdə məcburi köçkünlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunub. Bu istiqamətdə milyardlarla vəsait xərclənib. Ən müasir tələblər səviyyəsində yaşayış kompleksləri salınıb, məcburi köçkünlər ora yerləşdiriliblər. Müharibədən sonrakı dövrün acı mənzərəsi – çadır və vaqon şəhərcikləri isə tarixə qovuşub.

Nankorluğun pik həddi

Bütün bu faktları gözardı edib, Azərbaycan dövlətindən kompensasiya tələb etmək sadəcə nankorluqdur. Amma təəssüf ki, aramızda belə nankorlar – Yaşar Cəfərov kimilər var...

Bu şəxsin dediklərindən aydın olur ki, o nə doğulduğu Zəngilana qayıtmaq, nə də orada dövlətin sifarişi ilə tikilən müasir fərdi evdə yaşamaq istəyir. Yaşar Cəfərovun dərdi, həqiqətən də, dağıdılmış evidirsə, dövlət o evdən də müasir və rahat ev təqdim edəcək.

Amma məqsəd başqadır. Yaşar Cəfərov və onun ağalarının istəyi ev-eşik deyil, Azərbaycanın uğurlarını gözdən salmaq, milli birliyimizi zədələmək və düşmən dəyirmanına su tökməkdir.

Bu, nə qədər məkrli plan olsa da, icrası mümkünsüzdür. Çünki görünən dağa bələdçi lazım deyil. Azərbaycan dövlətinin hər bir vətəndaş üçün, o cümlədən də məcburi köçkünlərlə bağlı gördüyü işlər göz önündədir. Bunu görən dostlar sevinir, düşmənlər isə yalnız Yaşar Cəfərov kimi boşboğazlıq edə bilir...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

443 metr yüksəkdə qanunsuz evlilik təklifi– VİDEO

443 metr yüksəkdə qanunsuz evlilik təklifi– VİDEO

Məhkəmədən 600 minlik dələduzluq edən şəxslə bağlı QƏRAR

Məhkəmədən 600 minlik dələduzluq edən şəxslə bağlı QƏRAR

Lyayenin Azərbaycana səfəri başa çatdı – FOTO

Lyayenin Azərbaycana səfəri başa çatdı – FOTO

Kiyevə dəhşətli zərbələr: Ölənlərin sayı artır – FOTO-VİDEO

Kiyevə dəhşətli zərbələr: Ölənlərin sayı artır – FOTO-VİDEO

"Brent" neftinin qiyməti 71 dollardan aşağı düşdü

"Brent" neftinin qiyməti 71 dollardan aşağı düşdü

Tramp: "Uzun illər sonra Kuba orbitimizə yaxınlaşır" - VİDEO

Tramp: "Uzun illər sonra Kuba orbitimizə yaxınlaşır" - VİDEO

Tər çox güclü dərman imiş...

Tər çox güclü dərman imiş...

Restoranda açıq geyimə görə QALMAQAL – “Bizdə belə geyinməyin!”

Restoranda açıq geyimə görə QALMAQAL – “Bizdə belə geyinməyin!”

Dünyanın ən güclü 10 pasportu - SİYAHI

Dünyanın ən güclü 10 pasportu - SİYAHI

Bakıda yaşayış kompleksinin həyətində yanğın: Avtomobillərə ziyan dəydi

Bakıda yaşayış kompleksinin həyətində yanğın: Avtomobillərə ziyan dəydi

"Euronews": Aİ həll yolları üçün Cənubi Qafqaza üz tutur

"Euronews": Aİ həll yolları üçün Cənubi Qafqaza üz tutur

Səkkizdən biri ola bilmədilər – Foto

Səkkizdən biri ola bilmədilər – Foto

Fatma Mahmudova qızına 2 gün toy edəcək

Fatma Mahmudova qızına 2 gün toy edəcək

Britaniyada nəm salfetlərin satışı qadağan edilir - SƏBƏB

Britaniyada nəm salfetlərin satışı qadağan edilir - SƏBƏB

Telefonlar əvvəlcədən yığılacaq - İmtahan kimi toy

Telefonlar əvvəlcədən yığılacaq - İmtahan kimi toy

Yol təhlükəsizliyi üçün yeni ADDIM - Sürücülük təlimçilərinin imtahanı necə KEÇİRİLƏCƏK?

Yol təhlükəsizliyi üçün yeni ADDIM - Sürücülük təlimçilərinin imtahanı necə KEÇİRİLƏCƏK?

DÇ-2026: Belçika millisi qələbə qazandı - VİDEO

DÇ-2026: Belçika millisi qələbə qazandı - VİDEO

Məşhurların övladları: Əli Nağıyevin hüquqşünas qızı

Məşhurların övladları: Əli Nağıyevin hüquqşünas qızı

Azərbaycanda Polis Günü qeyd olunur

Azərbaycanda Polis Günü qeyd olunur

DÇ-2026: ABŞ millisi 1/8 finalda – VİDEO

DÇ-2026: ABŞ millisi 1/8 finalda – VİDEO

Xəstəxanaya yüksək hərarətlə gətirilən azyaşlı dünyasını dəyişdi

Xəstəxanaya yüksək hərarətlə gətirilən azyaşlı dünyasını dəyişdi

Gəncədə avtomobillə moped toqquşdu: 16 yaşlı yeniyetmə xəsarət aldı

Gəncədə avtomobillə moped toqquşdu: 16 yaşlı yeniyetmə xəsarət aldı

BİZİM TƏQVİM:2 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:2 iyulda baş vermiş tarixi hadisələr

Kiyev ballistik və qanadlı raketlərlə vuruldu - Ölənlər və yaralananlar var - YENİLƏNİB - FOTO-VİDEO

Kiyev ballistik və qanadlı raketlərlə vuruldu - Ölənlər və yaralananlar var - YENİLƏNİB - FOTO-VİDEO

End of content

No more pages to load

RADİO