Londonun ICE birjasında sentyabr ayında çatdırılması planlaşdırılan "Brent" markalı neftin füçerslərinin dəyəri 27 fevral tarixindən bu yana ilk dəfə olaraq bir barel üçün 71 dollardan aşağı həddə düşüb.
Bizim.Media xəbər verir ki, bu məlumatlar son hərracların nəticələrində öz əksini tapıb.
Bakı vaxtı ilə saat 04:04-ə olan statistikaya görə, "Brent" neftinin qiyməti 0.94 faiz dəyər itirərək bir barel üçün 70.9 dollar səviyyəsinə enib.
Saat 04:13-də isə ucuzlaşma tendensiyası nisbətən zəifləyib və göstəricilər bir barel üçün 71.03 dollara (mənfi 0.75 faiz) bərabər olub.
Bizim.Media