Məhkəmədən 600 minlik dələduzluq edən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Anar Əhmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.
 

İttihama görə, Anar Əhmədov aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq edib, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik edib.


Belə ki, o, 2020-ci ildə tanışlarına söhbətləri zamanı özünün guya yüksək gəlirli biznes fəaliyyəti ilə məşğul olmaqla Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifədə işləyən şəxslərlə münasibətlərinin olduğunu, həmin əlaqələrindən istifadə edərək, SOCAR-ın tabeliyində olan Bakı Neft Maşınqayırma zavodunda, eləcə də digər zavodlarda olan neft avadanlıqlarının ehtiyat hissələrinin satılması ilə bağlı sifarişləri qəbul etdiyini, həmin sifarişlər əsasında qeyd olunan avadanlıqların ehtiyat hissələrini SOCAR-la əməkdaşlıq edən “Bahar Enerji” şirkətinə, o cümlədən digər zavodlara satdığını bildirərək, biznesinə investisiya qoyulacağı təqdirdə ümumi əldə ediləcək 14 faiz gəlirin təxminən 8-10 faizinin özlərinə çatacağını, yerdə qalan hissənin isə SOCAR-da işləyən tanış vəzifəli şəxslərə rüşvət kimi veriləcəyini yalandan deyib.

Anar Əhmədov bu yolla zərərçəkmişlərdən ümumilikdə 593 963 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Daha sonra verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonra Baş Prokurorunun müavini apellyasiya protesti verib. Protest təmin olunub, iş üzrə Anar Əhmədovun Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının hökmü təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib.
 

Ona verilmiş ittihamdan Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri xaric edilib və Cinayət Məcəlləsinin 32.4, 312.2-ci və 66.3-cü maddələri ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric olunub.


Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Anar Əhmədova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökm qalan hissələrdə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb.

Daha sonra təqsirləndirilən şəxslər və zərərçəkmişlərdən bir neçəsi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. Ali Məhkəmədə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Dünən ən çox sevinən onlar idi – VİDEO

Dünən ən çox sevinən onlar idi – VİDEO

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

Prezidentlə xanımına və Heydər Əliyev Fonduna TƏŞƏKKÜR ETDİ

Prezidentlə xanımına və Heydər Əliyev Fonduna TƏŞƏKKÜR ETDİ

İŞİD tərkibində döyüşən şəxsə hökm oxundu

İŞİD tərkibində döyüşən şəxsə hökm oxundu

Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

Ayxan Mirzəzadə Avropa çempionu oldu

Ayxan Mirzəzadə Avropa çempionu oldu

NATO Azərbaycanın 6 il əvvəl işlətdiyi raketlərə İNDİ KEÇİR

NATO Azərbaycanın 6 il əvvəl işlətdiyi raketlərə İNDİ KEÇİR

Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi müzakirə olundu

Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi müzakirə olundu

Şəkinin bəzi kəndlərində qaz olmayacaq

Şəkinin bəzi kəndlərində qaz olmayacaq

“Zirə” afrikalı futbolçu transfer etdi

“Zirə” afrikalı futbolçu transfer etdi

ABŞ-nin hücumları nəticəsində İranın 6 hərbçisi öldürülüb

ABŞ-nin hücumları nəticəsində İranın 6 hərbçisi öldürülüb

AQTA 79 ərzaq bazarında yoxlama keçirdi - FOTO

AQTA 79 ərzaq bazarında yoxlama keçirdi - FOTO

Birinci sinfə elektron qəbul BAŞA ÇATDI

Birinci sinfə elektron qəbul BAŞA ÇATDI

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Berluskoninin rekordunu yenilədi

Berluskoninin rekordunu yenilədi

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

End of content

No more pages to load

RADİO