Fərhad Məmmədov: “Rəsmi Vaşinqtonun Azərbaycana yanaşma tərzi dəyişib”

Azərbaycanla ABŞ arasında münasibətlər uğurlu dinamika ilə inkişaf edir. Rəsmi Vaşinqtonun Azərbaycana yanaşma tərzi dəyişib və bunun əsas səbəbi regionda formalaşan yeni reallıqlardır. İkitərəfli münasibətlər bir neçə sahəni əhatə edir və coğrafi kontekst də bu prosesdə mühüm rol oynayır.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan-ABŞ beyin mərkəzlərinin birinci Forumunun “Vaşinqton sammitinin qiymətləndirilməsi və ABŞ–Azərbaycan əlaqələrinə təsiri” mövzulu panel sessiyasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov deyib.

O, ABŞ-ın sabiq Prezidenti Co Bayden administrasiyasının fəaliyyətini xatırladaraq bildirib:
 

“Baydenin regionla bağlı apardığı siyasət gözlənilən nəticələri vermədi. Müharibədən sonra Azərbaycan öz ərazilərini işğaldan azad etsə də, Bayden administrasiyası həmin dövrdə birtərəfli və qərəzli yanaşma nümayiş etdirdi. Bu yanaşma Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələrin gərginləşməsinə səbəb oldu və erməni lobbisinin təsiri ABŞ-ın mövqeyini xeyli uğursuzlaşdırdı”.


F.Məmmədov Donald Trampın ABŞ-da prezident seçilməsinin Ermənistan hakimiyyətinə ciddi təsir göstərdiyini vurğulayıb. O, Tramp administrasiyasının məsələyə daha hüquqi balansla yanaşdığını deyib: “Üçtərəfli Bəyannamə imzalandıqdan sonra Ermənistan və Azərbaycan bu formatı yeganə müzakirə platforması kimi qəbul edir. Həmin görüşdən sonra sülh müqaviləsinin hazırlanması istiqamətində konkret addımlar atılıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

443 metr yüksəkdə qanunsuz evlilik təklifi– VİDEO

443 metr yüksəkdə qanunsuz evlilik təklifi– VİDEO

Məhkəmədən 600 minlik dələduzluq edən şəxslə bağlı QƏRAR

Məhkəmədən 600 minlik dələduzluq edən şəxslə bağlı QƏRAR

Lyayenin Azərbaycana səfəri başa çatdı – FOTO

Lyayenin Azərbaycana səfəri başa çatdı – FOTO

Kiyevə dəhşətli zərbələr: Ölənlərin sayı artır – FOTO-VİDEO

Kiyevə dəhşətli zərbələr: Ölənlərin sayı artır – FOTO-VİDEO

"Brent" neftinin qiyməti 71 dollardan aşağı düşdü

"Brent" neftinin qiyməti 71 dollardan aşağı düşdü

Tramp: "Uzun illər sonra Kuba orbitimizə yaxınlaşır" - VİDEO

Tramp: "Uzun illər sonra Kuba orbitimizə yaxınlaşır" - VİDEO

Tər çox güclü dərman imiş...

Tər çox güclü dərman imiş...

Restoranda açıq geyimə görə QALMAQAL – “Bizdə belə geyinməyin!”

Restoranda açıq geyimə görə QALMAQAL – “Bizdə belə geyinməyin!”

Dünyanın ən güclü 10 pasportu - SİYAHI

Dünyanın ən güclü 10 pasportu - SİYAHI

Bakıda yaşayış kompleksinin həyətində yanğın: Avtomobillərə ziyan dəydi - FOTO

Bakıda yaşayış kompleksinin həyətində yanğın: Avtomobillərə ziyan dəydi - FOTO

"Euronews": Aİ həll yolları üçün Cənubi Qafqaza üz tutur

"Euronews": Aİ həll yolları üçün Cənubi Qafqaza üz tutur

Səkkizdən biri ola bilmədilər – Foto

Səkkizdən biri ola bilmədilər – Foto

Fatma Mahmudova qızına 2 gün toy edəcək

Fatma Mahmudova qızına 2 gün toy edəcək

Britaniyada nəm salfetlərin satışı qadağan edilir - SƏBƏB

Britaniyada nəm salfetlərin satışı qadağan edilir - SƏBƏB

Telefonlar əvvəlcədən yığılacaq - İmtahan kimi toy

Telefonlar əvvəlcədən yığılacaq - İmtahan kimi toy

Yol təhlükəsizliyi üçün yeni ADDIM - Sürücülük təlimçilərinin imtahanı necə KEÇİRİLƏCƏK?

Yol təhlükəsizliyi üçün yeni ADDIM - Sürücülük təlimçilərinin imtahanı necə KEÇİRİLƏCƏK?

DÇ-2026: Belçika millisi qələbə qazandı - VİDEO

DÇ-2026: Belçika millisi qələbə qazandı - VİDEO

Məşhurların övladları: Əli Nağıyevin hüquqşünas qızı

Məşhurların övladları: Əli Nağıyevin hüquqşünas qızı

Azərbaycanda Polis Günü qeyd olunur

Azərbaycanda Polis Günü qeyd olunur

DÇ-2026: ABŞ millisi 1/8 finalda – VİDEO

DÇ-2026: ABŞ millisi 1/8 finalda – VİDEO

Xəstəxanaya yüksək hərarətlə gətirilən azyaşlı dünyasını dəyişdi

Xəstəxanaya yüksək hərarətlə gətirilən azyaşlı dünyasını dəyişdi

Gəncədə avtomobillə moped toqquşdu: 16 yaşlı yeniyetmə xəsarət aldı

Gəncədə avtomobillə moped toqquşdu: 16 yaşlı yeniyetmə xəsarət aldı

BİZİM TƏQVİM:2 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:2 iyulda baş vermiş tarixi hadisələr

Kiyev ballistik və qanadlı raketlərlə vuruldu - Ölənlər və yaralananlar var - YENİLƏNİB - FOTO-VİDEO

Kiyev ballistik və qanadlı raketlərlə vuruldu - Ölənlər və yaralananlar var - YENİLƏNİB - FOTO-VİDEO

End of content

No more pages to load

RADİO