Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" şahmat turniri davam edir.
Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov XIX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.
Qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov 26-cı gedişdə rəqibinə uduzub.
Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Karlsen vahid lider olub. 5,5 xalı olan Məmmədyarov isə 3-cü pillədə qərarlaşıb.
Bizim.Media