Suqovuşan və Talışa gedən yol bərpa edilir - VİDEO

Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının asfaltlanması işlərinə başlanılıb.

Bizim.Media Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, ümumi uzunluğu 28.5 km olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun olaraq bərpa edilir. 2 geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir.

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılıb. Tikinti işləri zamanı yollar boyu yararsız qrunt qazılaraq çıxarılıb, yararlı qruntla əks-dolğu işləri aparılıb, torpaq yatağı genişləndirilərək profilə salınıb və yeni yol əsası inşa edilib.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 km, həmçinin Suqovuşandan Talış kəndinə doğru uzanan 7.5 km-lik hissələri üzrə yeni yol yatağının və yol əsasının inşası işləri başa çatdığı üçün növbəti mərhələ üzrə asfaltlanma işlərinə başlanılıb.

Yeni asfalt-beton örtüyünün döşənəcəyi sahə 250 min kv.m-dən çoxdur.

Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 km olan yolun, həmçinin Talış kəndindən Tap Qaraqoyunlu kəndini keçməklə Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22.5 km uzunluğa malik yeni yolun inşası da planlaşdırılır.

Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.

Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenskidən Trampın Kiyevə hücumla bağlı açıqlamasına CAVAB

Zelenskidən Trampın Kiyevə hücumla bağlı açıqlamasına CAVAB

“Ər” və “arvad” satışa çıxdı: qiyməti 272 min MANAT – FOTOLAR

“Ər” və “arvad” satışa çıxdı: qiyməti 272 min MANAT – FOTOLAR

ABŞ-dan yeni reaktiv təyyarə: Saatda 1000 km sürətlə uça biləcək - VİDEO

ABŞ-dan yeni reaktiv təyyarə: Saatda 1000 km sürətlə uça biləcək - VİDEO

Gəncədə ağır qəza: 3 yaralı var

Gəncədə ağır qəza: 3 yaralı var

Bakıda 25 il əvvəl törədilən qətlin üstü açıldı – BİRGƏ MƏLUMAT

Bakıda 25 il əvvəl törədilən qətlin üstü açıldı – BİRGƏ MƏLUMAT

Əhalinin NƏZƏRİNƏ - Qrip əleyhinə peyvəndlənmə başladı - FOTO

Əhalinin NƏZƏRİNƏ - Qrip əleyhinə peyvəndlənmə başladı - FOTO

Qubada alma ağacları kütləvi şəkildə kəsilir - VİDEOREPORTAJ

Qubada alma ağacları kütləvi şəkildə kəsilir - VİDEOREPORTAJ

Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdu

Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdu

Nənə və babalara ÇAĞIRIŞ: Nəvələrinizi qucaqlamayın!

Nənə və babalara ÇAĞIRIŞ: Nəvələrinizi qucaqlamayın!

Türkiyədə məhkəmə QALMAQALI - Hakimin hicablı olmasına etiraz edən vəkillə bağlı QƏRAR VERİLDİ

Türkiyədə məhkəmə QALMAQALI - Hakimin hicablı olmasına etiraz edən vəkillə bağlı QƏRAR VERİLDİ

2030-cu ildə gənc qadınların 45 faizi subay və uşaqsız olacaq – TƏHLÜKƏLİ PROQNOZ

2030-cu ildə gənc qadınların 45 faizi subay və uşaqsız olacaq – TƏHLÜKƏLİ PROQNOZ

Ukrayna əhalisinin sayı 28.5 milyon nəfərə düşdü

Ukrayna əhalisinin sayı 28.5 milyon nəfərə düşdü

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisində - FOTO

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisində - FOTO

Kamran Əsədovun məhkəməsindən YENİ XƏBƏR

Kamran Əsədovun məhkəməsindən YENİ XƏBƏR

Zelenski çıxılmaz vəziyyətdə: Tramp Rusiyaya qarşı kursunu dəyişib

Zelenski çıxılmaz vəziyyətdə: Tramp Rusiyaya qarşı kursunu dəyişib

Hər 100 abituriyentdən yalnız 3-ü şəxsi maraqlarına görə ixtisas seçib – SORĞU

Hər 100 abituriyentdən yalnız 3-ü şəxsi maraqlarına görə ixtisas seçib – SORĞU

Adi suyu arıqlama vasitəsi adı ilə satırmış... – Sabiq nazirin dələduzluğu ÜZƏ ÇIXDI

Adi suyu arıqlama vasitəsi adı ilə satırmış... – Sabiq nazirin dələduzluğu ÜZƏ ÇIXDI

Anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Bölgə hotellərində qiymətlər kəskin yüksələcək - BU TARİXDƏN

Bölgə hotellərində qiymətlər kəskin yüksələcək - BU TARİXDƏN

Uitkoff Putinlə görüşündə nələri qeyd edib? - Əl yazısı ortaya çıxdı – FOTO

Uitkoff Putinlə görüşündə nələri qeyd edib? - Əl yazısı ortaya çıxdı – FOTO

Almaniyada Rusiyaya casusluq edən Ukrayna vətəndaşı TUTULDU

Almaniyada Rusiyaya casusluq edən Ukrayna vətəndaşı TUTULDU

Elşən Babayev işdən çıxarıldı

Elşən Babayev işdən çıxarıldı

Soyuq evdə paltarları necə qurutmaq olar?

Soyuq evdə paltarları necə qurutmaq olar?

Pentaqon bu şirkətdən 850 ədəd F-35 qırıcısı ALACAQ

Pentaqon bu şirkətdən 850 ədəd F-35 qırıcısı ALACAQ

End of content

No more pages to load

RADİO