İspaniyanın Ali Məhkəməsi "Barselona"nın müdafiəçisi Jerard Pikeyə kəsilmiş 2.1 milyon avro məbləğində cəriməni ləğv edib .
Bizim.Media "Marca" nəşrinə istinadən xəbər verir ki, futbolçu 2008-2010-cu illər arasında vergi borcuna görə cərimələnmişdi.
Məhkəmə onun vergi ödəməkdən yayınmasından şübhələnsə də, 34 yaşlı oyunçu günahsız olduğunu sübut edə bilib.
Qeyd edək ki, Pike 2008-ci ildən "Barselona"da oynayır.
Bizim.Media