Xərçəngə yoluxan aktyorun SON ARZUSU 

Xərçəng xəstəliyindən əziyyət çəkən  və 6 gün əvvəl əməliyyat olunan aktyor Novruz Qartalın, vəziyyəti yaxşı deyil. 

Bu barədə Bizim.Media-ya açıqlamasında qardaşı oğlu Elman Əliyev bildirib.

Əməkdar artistin hazırda xəstəxanada olduğunu deyən müsahibimiz əmisinin hələ də kirayədə qalmasından gileylənib:

“Novruz müəllim hər zaman qürurlu, vicdanlı və təmiz insan olub. O, dolanışığınıın çətin olduğunu, 55 ildir kirayədə qaldığını dilinə gətirməyib. Heç kimə bununla bağlı ağız açmaq istəməyib. 10 gün əvvəl səhhəti pisləşdi. Ayın 23-ü isə bağırsaqlarından əməliyyat olundu. Çox halsız və narahatdır. Danışa bilmir. Şəkərindən və ağrılarından əziyyət çəkir. Sabah və ya birigün evə buraxılmalıdır. Həkimlər xəstəliyi ilə bağlı ona çox az vaxt qoyublar. Bu müddət 15 gün, 3  və ya 5 ay da çəkə bilər. Amma çox istəyir və arzulayır ki, o dünyaya kirayədə qaldığı mənzildən yox, öz evindən köçsün”. 

Elman Əliyev aktyorun maddi durum sarıdan da əziyyət çəkdiyini dilə gətirib:

“İllərdir ki, ailəsi ilə aylığı 400 manata yaxın mənzildə kirayədə yaşayır, müalicə xərclərini ödəməyə imkanları çatmır. Ömrünün 55 ilini sənətə həsr edib.

Pensiya ilə ailəsini güclə dolandırıb. Bu dolanışıqla necə ev ala bilərdi? Heç vaxt şikayətlənməyib və harasa müraciət etməyib. Amma indi çox xahiş edirik, aidiyyəti qurumlar onun bu günündə aktyora dəstək olsunlar. Sadəcə Novruz müəllimin evlə təmin olunmasına yardımçı olun. Ümid edirəm Mədəniyyət Nazirliyi bu məsələni nəzərə alacaq”. 

Məlumat üçün bildirək ki, Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. N.Y. Əliyev əmək fəaliyyətinə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb.

1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. 2013-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda universitet əməkdaşı 45 yaşında VƏFAT ETDİ - FOTO

Azərbaycanda universitet əməkdaşı 45 yaşında VƏFAT ETDİ - FOTO

Norveç ibtidai sinif şagirdlərinə süni intellektin istifadəsini QADAĞAN EDİR

Norveç ibtidai sinif şagirdlərinə süni intellektin istifadəsini QADAĞAN EDİR

“70-dən çox tələbəyə xüsusi təqaüd verilir” - Rektor

“70-dən çox tələbəyə xüsusi təqaüd verilir” - Rektor

Orden qalmaqalı BÖYÜYÜR - Zelenskidən Polşaya SƏRT XƏBƏRDARLIQ – VİDEO

Orden qalmaqalı BÖYÜYÜR - Zelenskidən Polşaya SƏRT XƏBƏRDARLIQ – VİDEO

Azərbaycan Türkmənistana neftdaşıyan tanker hədiyyə etdi – FOTO

Azərbaycan Türkmənistana neftdaşıyan tanker hədiyyə etdi – FOTO

Sosial yardımlar bu tarixdə ödəniləcək

Sosial yardımlar bu tarixdə ödəniləcək

Dünya çempionatının qrup mərhələsi REKORDLARLA yadda qaldı

Dünya çempionatının qrup mərhələsi REKORDLARLA yadda qaldı

Böyük Vətən Müharibəsinin başlanma saatı ilə bağlı YENİ FAKTLAR üzə çıxdı - FOTO

Böyük Vətən Müharibəsinin başlanma saatı ilə bağlı YENİ FAKTLAR üzə çıxdı - FOTO

İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü keçirildi – FOTO

İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü keçirildi – FOTO

Çində “ağcaqanadlar” kəşfiyyat aparacaq – VİDEO

Çində “ağcaqanadlar” kəşfiyyat aparacaq – VİDEO

Bu il Azərbaycan İlahiyyat İnstitutundan məzun olanların SAYI AÇIQLANDI

Bu il Azərbaycan İlahiyyat İnstitutundan məzun olanların SAYI AÇIQLANDI

“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb

“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb

Norveç deputatlarından milliyə dəstək: "Vikinq avarçəkməsi" ritulını icra etdilər - VİDEO

Norveç deputatlarından milliyə dəstək: "Vikinq avarçəkməsi" ritulını icra etdilər - VİDEO

SEPAH İsrailə 2000-ci ildə Livandan qaçışını xatırlatdı: "Sizi rüsvayçılıqla qovacaqlar"

SEPAH İsrailə 2000-ci ildə Livandan qaçışını xatırlatdı: "Sizi rüsvayçılıqla qovacaqlar"

İlham Əliyev Türkmənistan Prezidenti ilə təkbətək görüşdü

İlham Əliyev Türkmənistan Prezidenti ilə təkbətək görüşdü

Elvin yenidən əsas heyətə qayıtdı – VİDEO

Elvin yenidən əsas heyətə qayıtdı – VİDEO

Sərdar Berdiməhəmmədov Bakıda belə qarşılandı – FOTO

Sərdar Berdiməhəmmədov Bakıda belə qarşılandı – FOTO

Yolda təhlükə yaradan piyada saxlanıldı – VİDEO

Yolda təhlükə yaradan piyada saxlanıldı – VİDEO

Trampın sirli paylaşımındakı sarışın qadın kimdir?

Trampın sirli paylaşımındakı sarışın qadın kimdir?

Prospektdə yolu keçən piyadaların düşdüyü dəhşətli qəzalar – ANBAAN VİDEO

Prospektdə yolu keçən piyadaların düşdüyü dəhşətli qəzalar – ANBAAN VİDEO

55 saniyə: 27 ildən sonra ilk tam Günəş tutulmasını harada izləmək olar?

55 saniyə: 27 ildən sonra ilk tam Günəş tutulmasını harada izləmək olar?

Serj Sarkisyanın yaxın adamının oğlu HƏBS EDİLDİ

Serj Sarkisyanın yaxın adamının oğlu HƏBS EDİLDİ

Qızına elçi düşən şəxsi döyərək öldürdü - Mingəçevirdəki qətlin TƏFƏRRÜATI

Qızına elçi düşən şəxsi döyərək öldürdü - Mingəçevirdəki qətlin TƏFƏRRÜATI

Rusiya Qara dənizdə Türkiyə gəmisinə hücum etdi: Ölənlər var – VİDEO

Rusiya Qara dənizdə Türkiyə gəmisinə hücum etdi: Ölənlər var – VİDEO

End of content

No more pages to load

RADİO