Norveç Parlamenti (Storting) deputatları futbol üzrə dünya çempionatında mübarizə aparan milli komandalarına dəstək məqsədilə unikal addım atıblar. Deputatlar vahid komanda şəklində norveçli azarkeşlərin məşhur "Vikinq avarçəkməsi" (Viking Row) ritualını canlandırıblar.
Bizim.Media xəbər verir ki, bu barədə idman mediası məlumat yayıb.
Qeyd edək ki, "Vikinq avarçəkməsi" ritualı qrup mərhələsinin ilk turunda Norveç yığmasının İraq üzərində qazandığı böyükhesablı (4:1) qələbədən sonra yerli azarkeşlər arasında sürətlə populyarlaşıb və komandanın əsas uğur simvollarından birinə çevrilib.
Bizim.Media