"Əlbəttə, daha yaxşı nəticələr əldə etmək olardı. Amma işlədiyiniz konteksti, sahib olduğunuz oyunçuları, həmçinin mentalitet və münasibətdəki fərqləri başa düşməlisiniz".
Bizim.Media xəbər verir ki, bu fikirləri italiyalı baş məşqçi Canni De Byazi Azərbaycan millisindəki 1,5 illik fəaliyyəti barədə TMW radiosuna müsahibəsində deyib.
65 yaşlı mütəxəssis yığmadakı işini 6 balla qiymətləndirdiyini söyləyib:
"Bəlkə də işimi davam etdirmək üçün mənə bir az cəsarət lazımdır. Amma hələ nə olacağını bilmirəm. Yaxın günlərdə AFFA rəhbərliyi ilə məsələni müzakirə edəcəyik. Ümid edirəm ki, daha 2 il işimi davam etdirə bilərəm. Mən hazıram. Görək, federasiya hansı qərarı verəcək".
Qeyd edək ki, Canni De Byazinin AFFA ilə müqaviləsi noyabrın 30-da başa çatacaq.
Bizim.Media