Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, "Vilyareal" doğma meydanda "Mançester Yunayted"i qəbul edib.
Matç qonalqarın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Kriştianu Ronaldu (78-ci dəqiqə) və Ceydon Sanço (90) vurublar.
Bu qələbə sayəsində xallarının sayını 10-a çatdıran "Mançester Yunayted" qrup mərhələsinin bitməsinə 1 tur qalmış 1/8 finala vəsiqəni təmin edib.
Bizim.Media