Fransada klublararası güləş çempionatına start verilib.
Bizim.Media xəbər verir ki, ilk turda İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" komandası "Mets"lə üz-üzə gəlib.
Yunan-Roma güləşçimiz bu qarşılaşma çərçivəsində 2 görüş keçirib.
Abbasov fransalı Salamon Entoni üzərində böyükhesablı qələbə qazanıb - 8:0. İslam erməni Edqar Xaçaryanı da məğlub edib - 6:3. Həmyerlimizin komandası yekunda 7:3 hesablı qələbəylə ilk turu başa vurub.
Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək. (Qol.az)
Bizim.Media