Polşa millisinin və Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı "Tuttosport" nəşri veteran futbolçular arasında səsvermə keçirib.
Səsvermədə Pavel Nedved, Andrey Şevçenko, Lotar Matteus, Xristo Stoiçkov, Samuel Etoo, Alessandro Kostakurta və Ruy Koşta kimi ulduz futbolçular iştirak ediblər.
İkinci yeri İngiltərənin "Çelsi" klubunun italiyalı yarımmüdafiəçisi Jorjinyo tutub. Argentina yığmasının və Fransa PSJ-sinin forvardı Lionel Messi isə 3-cü olub.
Bizim.Media