Azərbaycanın kişilərdən ibarət karate yığma komandası Dubayda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Bizim.Media xəbər verir ki, bürünc uğrunda görüşdə yığmamız Özbəkistanı məğlub edib - 3:2. Buna qədər idmançılarımız Xorvatiya, Hindistan və Yaponiyaya qalib gəlsə də, Serbiyaya məğlub olub.
Ardınca təpkilər şəbəkəsində Şimali Makedoniyaya qalib gələn Azərbaycan millisi bu gün bürünc görüşdə Özbəkistan üzərində qələbə qazanıb.
Xatırladaq ki, dünən İrina Zaretskaya (68 kq) karyerasında ikinci dəfə dünya çempionu, Asiman Qurbanlı (84 kq-dan yuxarı) isə bürünc medal qazanıb.
Bizim.Media