AFFA "Səbail" klubunun ev oyunlarını keçirdiyi Bayıl stadionunun ot örtüyünü dəyişdirilməsi ilə bağlı tender elan edib.
Bizim.Media AFFA-ya istinadən xəbər verir ki, tenderə 10 dekabr saat 17:00-da yekun vurulacaq.
Qalib şirkət üçün quraşdırma tarixləri kimi aprel - iyun 2022-ci il müəyyənləşdirilib. 105mX68m ölçülü süni örtüklü futbol meydanları Mingəçevir və Tovuzda da salınacaq.
Bizim.Media