Azərbaycan U-19 millisi növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Avro-2022-nin seçmə mərhələsində 8-ci qrupda mübarizə aparan yığmamız İspaniya millisinə 6:0 hesabı uduzub.
Qeyd edək ki, komandamız noyabrın 16-da keçiriləcək son turda Lüksemburqla qarşılaşacaq.
21:00. İspaniya – Azərbaycan – 6:0
Qollar: Pablo Torre, 23, 69, Niko Serrano, 35, Arnau Martines, 71, Migel Rodriges, 76, Alberto Moleyro, 90+3
Bizim.Media