Azərbaycanın daha 2 taekvondoçusu gənclər arasında Avropa çempionatında medal qazanıb.
Bizim.Media xəbər verir ki, Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.
Hazırda Azərbaycan yığmasının aktivində 2 qızıl, 1 bürünc medal var. Avropa çempionatına noyabrın 14-də yekun vurulacaq.
Qeyd edək ki, yarış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilir.
Bizim.Media


