Sərbəst güləşçimiz Belqradda dünya çempionu oldu - FOTO

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, sərbəst güləşçimiz Əliabbas Rzazadə (57 kq) debütdə Almaniya təmsilçisinə qalib gəlib.

Ə.Rzazadə daha sonra Tacikistan güləşçisinə aman verməyib. Dörddəbir finalda Ermənistan güləşçisini üstələyən həmyerlimiz yarımfinala yüksəlib.

Hindistan idmançısı ilə olduqca gərgin idman mübarizəsi şəraitində keçən görüşdə isə xalların keyfiyyəti güləşçimizi finala daşıyıb. Noyabrın 6-da həlledici görüşdə Qırğızıstan güləşçisi ilə üz-üzə gələn həmyerlimiz mübarizədən qalib ayrılmaqla dünya çempionu olub.

Təmsilçimiz Zirəddin Bayramov (65 kq) rəqibi xalçaya çıxmadığı üçün güləşmədən ikinci mərhələyə yüksəlib. Z.Bayramov ikinci görüşdə ABŞ təmsilçisinə gücünü göstərib. Ancaq dörddəbir finalda rusiyalı rəqibinə uduzub. Təmsilçimiz noyabrın 6-da təsəlliverici görüşə çıxıb və Özbəkistan güləşçisini mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda qarşılaşmada Bolqarıstan idmançısına heç bir şans tanımayan Z.Bayramov tam üstünlüklə qələbə qazanaraq dünya üçüncüsü olub.
 


Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən Murad Yevloyev startda ukraynalı həmkarını üstələyib. Gürcüstan pəhləvanını "tuşe" ilə mübarizədən kənarlaşdıran M.Yevloyev dörddəbir finalda Tacikistan güləşçisinə qalib gəlib. Ancaq yarımfinalda bir ay əvvəl Osloda böyüklər arasında dünya çempionatında gümüş medal qazanmış Qırğızıstan idmançısına məğlub olub. Bürünc medal uğrunda görüşdə isə minimal fərqlə iranlı həmkarına uduzub.



Güləşçimiz Əşrəf Aşırov (79 kq) təsnifat mərhələsində Monqolustan idmançısından güclü olub. Ə.Aşırov səkkizdəbir finalda Ukraynadan olan rəqibini məyus edib. Təmsilçimiz növbəti mərhələdə İsveçrədən olan həmkarına heç bir şans tanımayıb.

Ancaq yarımfinalda Rusiya təmsilçisi keçilməz olub. Güləşçimiz bürünc medal uğrunda görüşdə iranlı rəqibinə yenilərək 5-ci yerlə kifayətlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Trampın göydələnlərini və qolf klublarını HƏDƏF ALDI - FOTO

İran Trampın göydələnlərini və qolf klublarını HƏDƏF ALDI - FOTO

Tərtərdəki qəzada ölənlər ər-arvad imiş – FOTO

Tərtərdəki qəzada ölənlər ər-arvad imiş – FOTO

Rza Zərrabla bağlı uzun illər davam edən məhkəmə işi YEKUNLAŞDI

Rza Zərrabla bağlı uzun illər davam edən məhkəmə işi YEKUNLAŞDI

Sabah 4 mindən çox abonentin qazı kəsiləcək

Sabah 4 mindən çox abonentin qazı kəsiləcək

Azərbaycanda internetin sürəti açıqlandı – Rəsmi göstəricilər

Azərbaycanda internetin sürəti açıqlandı – Rəsmi göstəricilər

İtkin düşənlərin tapılması üçün işlər sürətləndirilir – Təcili tapşırıq

İtkin düşənlərin tapılması üçün işlər sürətləndirilir – Təcili tapşırıq

Belarusun xüsusi əməliyyat qüvvələrinin texnikaları Kərim Vəliyevə nümayiş etdirildi - FOTO

Belarusun xüsusi əməliyyat qüvvələrinin texnikaları Kərim Vəliyevə nümayiş etdirildi - FOTO

Ukraynanın istefa verən müdafiə nazirindən Baş komandana SƏRT MESAJ – VİDEO

Ukraynanın istefa verən müdafiə nazirindən Baş komandana SƏRT MESAJ – VİDEO

Kənardan mələk kimi görünsələr də... - Qəzəbi dünyanı alovlandıra biləcək BÜRCLƏR

Kənardan mələk kimi görünsələr də... - Qəzəbi dünyanı alovlandıra biləcək BÜRCLƏR

Pasport şəklini telefonda saxlamayın- XƏBƏRDARLIQ

Pasport şəklini telefonda saxlamayın- XƏBƏRDARLIQ

Yeni rəqəmsal platforma yaradılır - Komitə sədrindən AÇIQLAMA

Yeni rəqəmsal platforma yaradılır - Komitə sədrindən AÇIQLAMA

Bu il korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında yaxalanıb – RƏSMİ

Bu il korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında yaxalanıb – RƏSMİ

Cəlilabadda AĞIR QƏZA – Yaralanan var

Cəlilabadda AĞIR QƏZA – Yaralanan var

Dəhşətli virus YAYILIR – Ölənlərin sayı 800 nəfərə ÇATDI

Dəhşətli virus YAYILIR – Ölənlərin sayı 800 nəfərə ÇATDI

Narkotik ittihamı ilə saxlanılan İlyas Yalçıntaşın evindən görün nə tapıldı – FOTO

Narkotik ittihamı ilə saxlanılan İlyas Yalçıntaşın evindən görün nə tapıldı – FOTO

İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

İran İordaniya və Omandakı ABŞ bazalarını belə məhv edib – FOTOLAR

İran İordaniya və Omandakı ABŞ bazalarını belə məhv edib – FOTOLAR

Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU

Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU

Tərtərdə AĞIR QƏZA – Ölənlər var

Tərtərdə AĞIR QƏZA – Ölənlər var

Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi — BUNLARDIR

Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi — BUNLARDIR

Süni intellektlə şəkillər düzəldib, qadınları şantaj etdilər – VİDEO

Süni intellektlə şəkillər düzəldib, qadınları şantaj etdilər – VİDEO

İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

End of content

No more pages to load

RADİO