Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Legiya"nın Polşa çempionatında növbəti oyununu keçirib.
Bizim.Media-nın məlumatına görə, Varşava təmsilçisi XIII turda dogma meydanda "Poqon"a 0:2 hesabı ilə uduzub.
Start heyətində meydana çıxan Emreli 61-ci dəqiqədə əvəzlənib. Bu, "Legiya"nın çempionatda ardıcıl 5-ci, ümumilikdə isə 8-ci məğlubiyyətidir.
Qeyd edək ki, bu nəticədən sonra "Legiya" 11 oyundan 9 xalla 18 komanda arasında 16-cı yerdə qərarlaşıb.
Bizim.Media