Cüdo üzrə qadınlardan ibarət paralimpiya komandamızın baş məşqçisi Ramin İbrahimov mənzillə təmin edilib.
Bizim.Media xəbər verir ki, ona mənzilin sənədlərini Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov təqdim edib.
Agentlik sədri mənzillə təmin edilən R.İbrahimovu təbrik edib, ona xoş arzularını çatdırıb.
R.İbrahimov göstərilən yüksək diqqət və qayğıya, bu gün isə yeni mənzillə təmin olunduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Bizim.Media