Əli Hacızadə: “Qanunlarımıza tabe olmaq istəməyən ermənilər Qarabağı tərk edəcəklər”

Qarabağda müharibə bitdi. Pezident İlham Əliyevin dediyi kimi, artıq Qarabağ münaqişəsi adlı termin siyasi gündəmdən çıxarıldı. Amma Böyük Qələbəmizlə nəticələnən hərbi mübarizəmizin yekunu olan üçtərəfli sazişin şərtlərinin icra olunmasında bəzi nüanslar hələ uzun müddət gündəmi zəbt edəcək.

Üçtərəfli Qarabağ sazişinin ətrafında gedən müzakirələr, bəzi nüansları da ortaya çıxarıb. Destruktiv qüvvələr, sazişin bir -neçə müddəasını bilərəkdən təhrif edərək cəmiyyətdə bəzi çaşqınlıq yaratmaq marağındadır.

Bununla bağlı politoloq Əli Hacızadə ilə söhbətləşdik. Hacızadə Bizim.Media-ya açıqlamasında bəzi maraqlı məqamlara toxunub:

- İlkin dövürdə qarşıdurmalar olmasın deyə, sərhədləri hər iki tərəfdən kimlər qoruyacaq?

- Noyabrın 10-da imzalana üçtərəfli sazişə əsasən Laçın dəhlizində Rusiya sülhməramlıları yerləşdirilib. Onlar burada sülhün təminatçısı kimi fəaliyyət göstərəcək.

Azərbaycan Ermənistan sərhədinə gəlikdə Ermənistan tərəfindən çox güman ki, burada Rusiya Federal xidmətinin sərhəd qoşunlarının postları olacaq. Biz bunu döyüşlər gedəndə də görmüşdük. Xüsusən Zəngilan istiqamətində bunun şahidi olmuşduq. Bundan başqa təbii ki, Ermənistan sərhəd xidməti və Ermənistan hərbi qüvvələri yerləşdiriləcək.

Sərhədlərin delimitatsiyası isə bildiyimiz kimi Sovet sərhədləri əsasında olacaq. Yəni keçmiş Ermənistan və Azərbaycan SSR-nin sərhədləri necə idisə, burada da elə təşkil olunacaq.

- Mübahisəli məsələlərdən biri də Kəlbəcərdəki qızıl yataqlarıdır. Belə fakt qoyulur ki, sovetlər dönəmindən həmin yataqların 70 faizi bizdə, 30 faizi isə ermənilərdə olub. Bəs indi necə olacaq, ermənilərin 30 illik amansız istisamrının üstündə Azərbaycan tərəfi hansısa iddialar irəli sürə bilərmi?

- Burada iki element var. Bu məsələdə əsas sərhədlərin delimitatsiya məsələsi var. Bu yatağa ermənilər “Zod”, biz isə “Söyüdlü”  yatağı deyirik. Bildiyimiz kimi bu yatağın 70 faizdən çox hissəsi Azərbaycanın, qalan hissəsi isə Ermənistanın payına düşür. Bu yataqların fəaliyyəti artıq texniki məsələdir.

Yəqin ki, bunun fəaliyyəti haqqında tezliklə açıqlama veriləcək. Hələ ki, bu barədə heç bir rəsmi məlumat yoxdur. O ki, qaldı onların 27 il orada yatağı istismar etməsinə, bəli, bu faktlar var. Bu haqda Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət rəsmilərinin də qeyd etdiyi kimi Azərbaycana vurulan bu ziyan hesablanacaq.

Bura həm dağıdılmış evlər, infrastruktur, qırılmış meşələr və müharibə vaxtı ermənilərin atəşə tutduğu mülki obyektlər, həm də yerdən çıxarılan faydalı qazıntılar aiddir. Bunun məbləği tam müəyyən edildikdən sonra Azərbaycan beynəlxalq məhkəməyə müraciət edəcək. Bu məsələ beynəlxalq hüquq müstəvisində həll olunacaq.

- Geri dönmək istəyən ermənilərin qayıdışı və yerləşdirilməsi necə təşkil olunacaq?

- Bildiyimiz kimi bölgədə BMT-nin qaçqınlar üzrə Ali komissarlığının xəttinin böyük bir missiyası yerləşdiriləcək.

Bu missiya həm geri qayıdan ermənilərlə, həm də Azərbaycan qaçqınlarının yerləşdirilməsi ilə məşğul olacaq. Bu təşkilatın nəzarəti ilə bu insanlar qayıdıb, yurdlarında yerləşdiriləcəklər.

- Ermənilərin yaşayacağı ərazilərdə Azərbaycan Dövlətinin atributlarının, qanunlarının altında yaşamaq istəyəcəklərmi?

- Hazırda bu suala cavab vermək çətindir. Çünki, orada 92-93- cü ildən bəri Azərbaycanı görməmiş bir nəsil yetişib. Bu nəsili həqiqətlərə inandırıb və fikrini dəyişdirmək çox çətin olacaq. Məhz ona görə də həmin bu ərazilərə sülhməramlıları yerləşdirilib. Onların bir funksiyası da bu müddət ərzində əhalinin bəlli bir adaptasiya prosesinə nəzarət etməsidir. Onların bizim atributlar altında yaşamaq istəyib-istəməməsinə biz 6-7 ildən sonra şahid ola bilərik. Hər şeyi zaman göstərəcək. Qanunlarımıza tabe olmaq istəməyən ermənilər Qarabğı tərk edəcəklər.

- Vaxtilə hərbi cinayətlər törədən ermənilər azad olunmuş torpaqlara qayıda biləcəklərmi?

- Burada bir məsələni vurğulamaq istərdim. Əgər yadınızdadırsa, Prezident İlham Əliyev öz çıxışlarının birində “bizim cəlladlarla işimiz yoxdur” deyə vurğulayıb. Burada Prezident hərbi cinayət törətmiş erməniləri nəzərdə tuturdu. Yəni buradan da aydındır ki, həmin o insanlarla heç bir əməkdaşlığımız olmayacaq.

Əgər bu insanlar haqqında cinayət işi başladılıbsa, burada iki yol var. Ya bu insanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır, ya da onlar haqqında məhkəmə cinayət işinə xitam verməlidir. Buradan da anlaşılan odur ki, bu insanlar bu ərazilərə yerləşdirilə bilməz.

- 10 noyabr üçtərəfli bağlanan sülh müqaviləsinə görə ermənilər tərəfindən Qazaxın 7 kəndi Azərbaycan ərazisinə qaytarılmalı idi. Hazırda  məsələ hansı mərhələdədir? Bildiyimiz kimi bu kəndlərin 3-ü anklav ərazi sayılır, bu məsələ nə vaxt müzakirəyə çıxarılıb, qərar veriləcək?

- Siz fikir versəniz, rəsmi sazişdə Qazaxın 7 kəndi haqqında heç bir məlumat yoxdur. Çox güman ki, bu məsələ ya ayrıca sənədlə imzalanacaq,  ya da danışıqların növbəti mərhələsində müzakirə olunacaq. Ola bilsin bu məsələ haqqında sazişdən kənar artıq müəyyən razılaşma əldə olunub. Çünki, bu haqda məlumat Qazax rayon İcra Hakimiyyətinin bəyanatında  yer alıb.

Bizim anklav ərazilərimiz təkcə Qazaxda deyil, həm də Naxçıvan Muxtar Respublikasının şimalında yerləşən Kərki kəndidir. Bundan başqa bizim ərazilərdə də Ermənistanın anklav əraziləri mövcuddur. Çox güman ki, bu məsələ ikitərəfli danışıq yolu ilə razılaşdırılacaq.

Vüsalə Balayeva. Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

“Çelsi” baş məşqçini istefaya göndərdi

“Çelsi” baş məşqçini istefaya göndərdi

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Azərbaycanlı müğənni qəzaya düşdü

Azərbaycanlı müğənni qəzaya düşdü

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Qurban Qurbanov da qızıl medal qazandı

Qurban Qurbanov da qızıl medal qazandı

"Sabah" "Qarabağ"ı məğlub edib

"Sabah" "Qarabağ"ı məğlub edib

İran yenə Trampı lağa qoydu: “Səsini kəs!” - VİDEO

İran yenə Trampı lağa qoydu: “Səsini kəs!” - VİDEO

Qalibafın atəşkəsin yeganə yolunu AÇIQLADI

Qalibafın atəşkəsin yeganə yolunu AÇIQLADI

Gəncədə güclü yanğın hadisəsi baş verib - VİDEO

Gəncədə güclü yanğın hadisəsi baş verib - VİDEO

"Günlərdir gecələr yatmıram"

"Günlərdir gecələr yatmıram"

Bu nazirlik də yoxlamadan “üzüağ” ÇIXMADI

Bu nazirlik də yoxlamadan “üzüağ” ÇIXMADI

İlham Əliyev: “Biz bu göstərici üzrə dünyada BİRİNCİ yerdəyik

İlham Əliyev: “Biz bu göstərici üzrə dünyada BİRİNCİ yerdəyik

Tramp 8 iranlı qadınla bağlı: "İrana və liderlərinə minnətdaram!"

Tramp 8 iranlı qadınla bağlı: "İrana və liderlərinə minnətdaram!"

Azərbaycan bir çox AVROPA ölkəsi üçün STRATEJİ tərəfdaşdır...

Azərbaycan bir çox AVROPA ölkəsi üçün STRATEJİ tərəfdaşdır...

Latviya Prezidenti Ağ Şəhər haqqında: MÖCÜZƏ yaratmısınız

Latviya Prezidenti Ağ Şəhər haqqında: MÖCÜZƏ yaratmısınız

Bu planın yerinə yetirildiyini düşünürəm - İlham Əliyev

Bu planın yerinə yetirildiyini düşünürəm - İlham Əliyev

ABŞ-ın İrana hücumunda İLK: 40 ildən sonra yenə BU SİLAHDAN istifadə etdi

ABŞ-ın İrana hücumunda İLK: 40 ildən sonra yenə BU SİLAHDAN istifadə etdi

Prezident: Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı PROBLEMLİDİR

Prezident: Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı PROBLEMLİDİR

Prezidentlə latviyalı həmkarının görüşündən növbəti PAYLAŞIM - VİDEO

Prezidentlə latviyalı həmkarının görüşündən növbəti PAYLAŞIM - VİDEO

Güləşçimiz Həsrət Cəfərov Avropa çempionu oldu

Güləşçimiz Həsrət Cəfərov Avropa çempionu oldu

End of content

No more pages to load

RADİO