“Qarabağ”ın məşqçisi Qurban Qurbanov mübahisəli penalti epizodu ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “CBC sport”un jurnalistinin sualını cavablandırarkən danışıb.
O meydanda baş verən bu epizodu normal hal kimi qarşıladığını bildirib.
“Deyiləcək bir şey yoxdur. Yəqin hakimlər özləri açıqlayacaqlar, amma penaltiyə çox oxşayırdı. Futbolçular o epizoda daha yaxın idilər, ona görə hakimin üzərinə getdilər. Mən sonradan planşetdə baxdım. Penaltiyə həddindən artıq çox oxşayırdı.
Belə emosiyalar bəzən gərginliyi daha da artırır, futbolu daha da gözəlləşdirir. Normal haldır və bir daha göstərildi ki, heç bir komanda məğlub olmaq istəmirdi. Futbolda nadir hallarda rast gəlinən epizoddur, amma maraqlı oldu”.
Bizim.Media