"Çelsi" baş məşqçi Liam Rozenyorla bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, London təmsilçisi ingiltərəli mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rozenyor uğursuz nəticələrə görə istefaya göndərilib. 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Liam Rozenyor yaanvarda "Çelsi"nin baş məşqçisi vəzifəsində təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında 11 qələbə qazanıb, 2 heç-heçə edib, 10 dəfə isə məğlub olub.
Bizim.Media