14 oktyabr cümə axşamı günü Özbəkistanda prezident seçkilərində erkən səsvermə başlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Anadolu agentliyi yayıb.
Mənbə səsvermənin oktyabrın 20-dək davam edəcəyini yazır. Özbəkistan MSK qeyd edib ki, seçki məntəqələri yerli vaxtla saat 09:00-dan 19:00-dək açıq olacaq.
Daha əvvəl MSK Özbəkistanda, ilkin məlumatlara görə, təxminən 21.266 milyon seçicinin qeydə alındığını, 10760 seçki məntəqəsinin təşkil edildiyini bildirib.
Xatırladaq ki, Özbəkistanda prezident seçkiləri gələn bazar, oktyabrın 24-də keçiriləcək.
Bizim.Media