Jerusalem Post: “Azərbaycan PUA-lardan istifadədə aparıcı gücə çevrilib”

“Regionda kimin haqlı olmasından asılı olmayaraq vacib olan ən önəmli məsələ getdikcə güclənən Azərbaycanın özünü hərbi cəhətdən təsdiqləməsidir”.

Bizim.Media xəbər verir ki, bu fikirlər İsrailin nüfuzlu “The Jerusalem Post” mətbuat orqanı tərəfindən dərc olunan məqalədə qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna “Bayraktar” istehsal edəcək - FOTO


Belə ki, son dönəmlər İranın Azərbaycana qarşı təhdidkar davranışları haqqında yazılan məqalədə rəsmi Tehranın atdığı addımların səbəbləri ilə bağlı maraqlı fikirlər irəli sürülüb:

Mənbə İranın son dönəmlərdəki addımlarını “Tehranın Bakıya nə etdiyinizi bilirik” mesajı kimi xarakterizə edib. Bundan əlavə, yazar digər önəmli bir nüansı da yaddan çıxarmayıb:

“İran mətbuatında “Azərbaycanda sionist ünsürlərin varlığı”ndan daha çox, rəsmi Bakının sözügedən ittihamları inkar etməsi xəbərləri geniş yer tutur. Bu cür ritorikanın artmağa başlaması isə, İranın İsrail və Azərbaycan arasında yaxın əlaqədə olması təbliğatı ilə ziddiyyət təşkil edir. Daha böyük kontekst isə, İranın Azərbaycan və Ermənistanla sərhəd yaxınlığında hərbi manevrlər aparması və erməni nümayəndə heyətinə ev sahibliyi etməsi, sərhəddə status-kvonun qorunmasını arzulayan siyasətə sadiqliyini göstərir”.

Məqalədə həmçinin Azərbaycanın artan hərbi gücündən də söz açılıb:

“Regionda kimin haqlı olmasından asılı olmayaraq, Şimali Kipr, İordan çayının qərb sahili və digər yerlərdəki vəziyyətlə Cənubi Qafqazdakı mövcud situasiyanın oxşarlıq payı var. Lakin önəmli olan, yüksələn və getdikcə güclənən Azərbaycanın özünü hərbi cəhətdən təsdiqləməsidir. Bakı son onilliklərdə çox sayda İsrail istehsalı olan pilotsuz təyyarələr əldə edərək, bu sahədə aparıcı gücə çevrilib. Azərbaycan tez-tez İsrail istehsalı olan pilotsuz təyyarələri nümayiş etdirir və effektivliyi ilə öyünür. Hətta sosial şəbəkələrdə yayımlanan son videolarda Azərbaycan lideri İlham Əliyevin “Harop” pilotsuz təyyarələri ilə görüntüləri də əks olunub.

Müəllif yazıda İran mediasının “Azərbaycanda sionizm” iddialarına da geniş yer verib:

“İran mediası iddia edir ki, "sionistlər" Bakı ilə işləməklə İranın başının üstündə ola bilər. Amma eyni mənbə Azərbaycan tərəfinin cavabını da çap edir. "Azərbaycan müstəqil xarici siyasət yürüdür və bu əsasda qonşuları ilə münasibətlər qurur və heç kimin daxili işlərinə qarışmasına icazə vermir", - İranın Fars News telekanalı xəbər verir”.

İran tərəfinin bu cür davranış sərgiləməsinin səbəbi isə bu cür izah olunub:

“İranın Azərbaycan tərəfinin sözügedən iddiaları inkar edən açıqlamalarını çap etməsinin səbəbi, rejimin Azərbaycanla münasibətləri gərginləşdirməkdə və diqqət çəkməkdə maraqlı olmamasından irəli gəlir. Tehran Bakıya yalnız "nə etdiyinizi bilirik" mesajı vermək istəyir. İran daha əvvəl də oxşar təcrübədən dəfələrlə istifadə edib. 

Eyni zamanda Tehran Bakı ilə gərginlik barədə mesaj verməyə də davam edir. Buna səbəb isə, İranın Azərbaycanın iki ölkə arasındakı tarixi dostluğu ön plana çıxarmasını arzu etməsidir”.

Məqalədə İranın məqsədləri ilə bağlı fikirlər isə bu cür yekunlaşdırılıb:

“İranın bu məsələni daha da qabartmaq istəyəcəyi və ya etdikləri ilə kifayətlənəcəyi hələlik bəlli deyil. Görünən qədərilə rəsmi Tehranın istəyi Azərbaycana mesaj göndərmək və Ermənistana bağlılığını göstərməkdir. Ancaq İslam Respublikası Türkiyə ilə gərginliyi artırmaq istəmir və status-kvonun qorunmasını üstün tutur. Bunun səbəbi İran, Türkiyə və Rusiyanın ABŞ-ın Suriyadan çıxarılmasında eyni zamanda Əfqanıstan və ticarət mövzusunda ortaq maraqlarının olmasından irəli gəlir.

İran əslində Azərbaycanla Ermənistan arasındakı münaqişədə tərəf olmaq istəmir: mesaj göndərmək və qırmızı xətlərinin harada olduğunu göstərmək istəyir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəhər xəritədən tamamilə SİLİNDİ

Bu şəhər xəritədən tamamilə SİLİNDİ

“Apple” ilk ağıllı eynəklərinin təqdimatını niyə təxirə saldı? - SƏBƏB

“Apple” ilk ağıllı eynəklərinin təqdimatını niyə təxirə saldı? - SƏBƏB

"Depressiya yaşayıram, artıq toy qiymətimi qaldıracağam" - VİDEO

"Depressiya yaşayıram, artıq toy qiymətimi qaldıracağam" - VİDEO

Pandemiyanın daha bir həyəcan verici nəticəsi: Milyonlarla insan hələ də normal yata bilmir

Pandemiyanın daha bir həyəcan verici nəticəsi: Milyonlarla insan hələ də normal yata bilmir

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bakının 3 rayonunda işıq kəsiləcək

Bakının 3 rayonunda işıq kəsiləcək

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

End of content

No more pages to load

RADİO