Kişi boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib.
Bizim.Media xəbər verir ki, bu barədə Federasiyadan məlumat verilib.
Boks Mərkəzində təşkil olunan məşqlər Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.
Toplanışa 20-dək boksçu dəvət edilib. Komandaya tezliklə millinin hərbçilərin dünya çempionatında mübarizə aparmış üzvləri də qoşulacaqlar. Mundial 13 çəki dərəcəsində keçiriləcəyindən məşqçilər korpusu yarışa 1 həftə qalmış heyəti müəyyənləşdirəcək.
Qeyd edək ki, oktyabrın 24-də start götürəcək dünya çempionatı noyabrın 6-dək davam edəcək.
Bizim.Media