Güləşçilərimiz Avropa çempionatında 4 medal qazandı

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib.

Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübarizə aparıb.

Onların ikisi yeniyetmələr, ikisi isə gənclər arasında qüvvəsini sınayıb. Güləşçilərimizin hamısı Avropa çempionatında fəxri kürsüyə qalxıb.

Musa Ağayev Moldova güləşçisinə və daha sonra 2 ispan rəqibinə qalib gələrək yarımfinala yüksəlib. Ukrayna güləşçisinə də heç bir şans tanımayan Musa adını finala yazdırıb. Həlledici görüşdə yenidən Moldova təmsilçisiylə üz-üzə gələn Ağayev bu görüşdə də tam üstünlüklə qələbə qazanaraq Avropa çempionu olub.
 

MÖVZU İLƏ BAĞLI:

4 medal alan güləşçilərimiz Vətənə qayıtdı - FOTO


Hüseyn Əliyev təsnifat mərhələsində Türkiyə güləşçisini mübarizədən kənarlaşdırıb. Yunanıstanın iki təmsilçisinə 3:1 hesabıyla qalib gələn həmyerlimiz Moldova idmançısını sonuncu xal prinsipinə əsasən üstələyib. İspaniyadan olan həmkarını xal vermədən məyus edən Hüseyn finala vəsiqə qazanıb.

Rumıniya güləşçisiylə gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada minimal fərqlə uduzan Əliyev gümüş medal əldə edib.

Rübail İbrahimli Bolqarıstan, Norveç və Yunanıstan güləşçilərindən güclü olub. Ancaq yarımfinalda türkiyəli rəqibinə minimal fərqlə uduzub. Ruhdan düşməyən Rübail bolqar rəqibinə növbəti dəfə qalib gələrək Avropa çempionatının bürünc medalına sahib çıxıb. 

Fərid Cabbarov Avropa çempionatına Portuqaliya idmançısı üzərində qazandığı inamlı qələbəylə start verib. Gənc pəhləvanımız daha sonra Yunanıstanın iki güləşçisiylə qarşılaşıb.
 

Onlardan birinə qalib gələn Fərid digərinə məğlub olub. Ancaq bu məğlubiyyət onun yarımfinala yüksəlməsinə əngəl olmayıb. Ukrayna təmsilçisini 3:0 hesabıyla üstələyən Cabbarov finala adlayıb.


Həlledici görüşdə həmyerlimiz 3-cü turda məğlub olduğu Yunanıstan güləşçisiylə üz-üzə gəlib. Finalda yerli idmançıdan revanşı alan Fərid Avropa çempionu olub.

Beləliklə, millimiz AÇ-də uğurlu çıxış edərək 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

End of content

No more pages to load

RADİO