"Qarabağ" futbol klubu həftəsonu işğaldan azad edilmiş Ağdam rayonuna səfər edəcək.
Bizim.Media xəbər verir ki, komanda səfər zamanı Cümə məscidini, Azərbaycanın Milli Qəhrəmanı, eyni zamanda Ağdam təmsilçisinin əfsanəvi kapitanı Allahverdi Bağırovun məzarını ziyarət edəcək.
Qeyd edək ki, Ağdam noyabrın 20-də 27 illik erməni işğalından azad olunub.
Bizim.Media