Bred Pittin daha 2 övladı rəsmən atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin daha iki övladı atasının soyadından imtina etmək üçün rəsmi prosesə başlayıb. Zəhra və Meddoks bu barədə məhkəməyə müvafiq sənədlər təqdim edib və Kaliforniya qanunvericiliyinin tələbinə uyğun olaraq, ad dəyişikliyi ilə bağlı yerli qəzetdə elan veriblər.

Bizim.Media xəbər verir ki, məhkəmə sənədlərinə görə, 21 yaşlı Zəhra dörd həftə ardıcıl olaraq "Los Angeles Daily Journal"da elan dərc etdirib. Sentyabrın 28-nə təyin edilmiş məhkəmə iclasına qədər heç kim etiraz bildirməzsə, məhkəmə soyad dəyişikliyini rəsmən təsdiqləyə biləcək.

Beləliklə, o, "Zəhra Coli-Pitt" əvəzinə "Zəhra Coli" adını daşımaq istəyir.

Eyni proseduru 24 yaşlı Meddoks da həyata keçirir. O, sənədlərdə adının "Meddoks Çivan Coli-Pitt"dən "Meddoks Çivan Coli"yə dəyişdirilməsini xahiş edib və qərarını şəxsi səbəblərlə əsaslandırıb.

Əslində, hər iki övlad artıq uzun müddətdir ki, Pitt soyadından istifadə etmir. Zəhra Spelman kollecini bitirərkən diplomunu alarkən özünü "Zəhra Marli Coli" kimi təqdim edib, Meddoks isə üzərində işlədiyi Ancelina Colinin "Couture" filminin titrlərində atasının soyadından imtina edib.
 

Bu, ailədə ilk belə hal deyil. Ötən il onların qızı Şaylo rəsmən Pitt soyadından imtina edib; KİV-in məlumatına görə, o, vəkilini müstəqil şəkildə tutub və bütün hüquqi xərcləri özü ödəyib. Daha əvvəl Vivyen də atasının soyadından istifadəni dayandırıb və Brodveyin "The Outsiders" müziklinin proqramında özünü "Vivyen Coli" kimi qeyd edib.


Xatırladaq ki, Ancelina Coli və Bred Pitt altı övlad – Meddoks, Paks, Zəhra, Şaylo, eləcə də əkizlər Noks və Vivyeni böyüdüblər. Qərb mətbuatının məlumatına görə, səs-küylü boşanmadan sonra aktyorun əksər övladları ilə münasibətləri gərgin olaraq qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb

Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb

Həmin obraz tanınmış aktyora verildi

Həmin obraz tanınmış aktyora verildi

Rusiyanın Buça rayonuna endirdiyi zərbə nəticəsində 27 nəfər öldü – VİDEO

Rusiyanın Buça rayonuna endirdiyi zərbə nəticəsində 27 nəfər öldü – VİDEO

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Bakıda və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bakıda və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

“Mənim dayağım, həyat yoldaşım” - Foto

“Mənim dayağım, həyat yoldaşım” - Foto

3 yaşında taxta çıxan dünyanın ən gənc kralı öldü

3 yaşında taxta çıxan dünyanın ən gənc kralı öldü

Övladlığa götürülən uşaqların sayında kəskin AZALMA – Səbəb nədir?

Övladlığa götürülən uşaqların sayında kəskin AZALMA – Səbəb nədir?

Arılar da sərxoş olurmuş- Xəbərdarlıq edildi

Arılar da sərxoş olurmuş- Xəbərdarlıq edildi

ABŞ diplomatları Yaxın Şərqə qayıdır

ABŞ diplomatları Yaxın Şərqə qayıdır

2026-cı ilin ən çox qazanan filmləri - Siyahı

2026-cı ilin ən çox qazanan filmləri - Siyahı

Sabahın HAVASI: Leysan, şimşək, dolu...

Sabahın HAVASI: Leysan, şimşək, dolu...

Qubada 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

Qubada 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

Şəfiqə Məmmədovanın sədr seçildiyi iclasdan GÖRÜNTÜLƏR

Şəfiqə Məmmədovanın sədr seçildiyi iclasdan GÖRÜNTÜLƏR

Qarabağdan Buxaraya: “Alimlərin sultanı” Yusif Qarabaği – VİDEO

Qarabağdan Buxaraya: “Alimlərin sultanı” Yusif Qarabaği – VİDEO

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Südü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edir

Südü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edir

Bakıda evdən 43 yaşlı kişinin meyiti tapıldı

Bakıda evdən 43 yaşlı kişinin meyiti tapıldı

Saqqızla bağlı təəccüblü araşdırma – infarkt və insult riski arta bilər

Saqqızla bağlı təəccüblü araşdırma – infarkt və insult riski arta bilər

Külli miqdarda dərman preparatları AŞKARLANDI - FOTO

Külli miqdarda dərman preparatları AŞKARLANDI - FOTO

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi - Bank kartları sıradan çıxacaq?

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi - Bank kartları sıradan çıxacaq?

Dünyanın ən çox satılan telefonları açıqlandı

Dünyanın ən çox satılan telefonları açıqlandı

İlham Əliyevdən Şavkat Mirziyoyevə MƏKTUB

İlham Əliyevdən Şavkat Mirziyoyevə MƏKTUB

Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib

Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib

End of content

No more pages to load

RADİO