Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunları davam edir.
Bizim.Media xəbər verir ki, tayboks idman növündə mübarizə aparan (63.5 kq çəki dərəcəsi) Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə erməni rəqibini məğlub edib.
Alen İsraelyana güclü zərbələr endirən M.Əsədzadə qələbəni 2 dəqiqə 36 saniyəyə təmin edib.
Bizim.Media