Əfqanıstanın paytaxtı Kabil şəhərində qadınların iştirakı ilə etiraz aksiyası təşkil olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın “RİA Novosti” portalı məlumat yayıb.
Mitinq iştirakçıları əsasən sosial tələblərlə çıxış ediblər.
Belə ki, əfqan qadınlar azadlıqlarının məhdudlaşdırılmasına etiraz edərək, “təhsil, iş, azadlıq – firavanlıq yolunda” kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsindən sonra hüquqların məhdudlaşdırıldığını iddia edən qadınlar taliblərin radikal tələblərinə qarşı mütəmadi olaraq aksiyalar keçirirlər.
Bizim.Media