"Necə də üzücü xəbərdir. Mən ən yaxın dostlarımdan birini, dünya isə bir əfsanəni itirdi".
"Deyəcək çox söz var amma , Allahdan onun ailə üzvlərinə səbr və güclü olmağı diləyirəm . Ümidvaram ki, onunla bir gün səmada topu təpikləyəciyik".
Bizim.Media xəbər verir ki, bunu “Futbol kralı” ləqəbli Pele Maradonanın ölümünə münasibət bildirərkən deyib.
Qeyd edək ki, 60 yaşlı Maradona bu gün ürək tutmasından dünyasının dəyişib. Argentina prezidenti Alberto Fernandes əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə əlaqədar olaraq ölkədə üçgünlük matəm elan edib.
Bizim.Media