Azərbaycan XİN: Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur

“Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin şərhində yer alıb.

Öncə qeyd etmək istərdik ki, Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi bir qrup qatı ermənipərəst senator tərəfindən irəli sürülüb.

Azərbaycan Respublikasının Fransadakı Səfiri qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə proseduralarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və qətnamə təklifi ilə bağlı, burada əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib.

Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər. Görünür, Fransa erməniləri münaqişə mövzusundan seçki məqsədləri üçün geniş şəkildə istifadə edirlər.

Vurğulamaq istərdik ki, Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur. Lakin qətnamənin siyasi məna kəsb etdiyini nəzərə alaraq, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır.

Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi nüfuzuna xələl gətirir.

Əlbəttə, onun da qeyd etməliyik ki, Fransa Respublikasının münaqişənin həlli ilə bağlı rəsmi mövqeyi dövlətin yüksək səviyyəli rəsmiləri, o cümlədən ölkə Prezidenti və xarici işlər naziri tərəfindən səsləndirilib.

Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanan sənədlərdə öz əksini tapıb.

Fransanın Avropa və Xarici İşlər üzrə Nazirliyinin Senatda keçirilən müzakirələrdə çıxış edən dövlət katibi də rəsmi mövqeyi çıxışında ifadə etdi.

Fransa Senatının qərəzli qətnamələr qəbul etmək əvəzinə bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması həm Fransanın maraqlarına cavab verər, həm də bölgənin dayanıqlı inkişafına yardımçı olardı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təhsil seçimində tələbələri çaşdıran SUAL - MBA, yoxsa magistratura?

Təhsil seçimində tələbələri çaşdıran SUAL - MBA, yoxsa magistratura?

Qafqazda sülh gündəmi: Kallasdan diqqətçəkən açıqlama

Qafqazda sülh gündəmi: Kallasdan diqqətçəkən açıqlama

Daha 3 xəstəxananın direktoru İŞDƏN ÇIXARILDI

Daha 3 xəstəxananın direktoru İŞDƏN ÇIXARILDI

58 yaşlı kişi iş yerində dünyasını dəyişib

58 yaşlı kişi iş yerində dünyasını dəyişib

Bu marşrutun bütün avtobusları yenilənir

Bu marşrutun bütün avtobusları yenilənir

Aparıcı Vüsalə çantasının içindəkilərini göstərdi - VİDEO

Aparıcı Vüsalə çantasının içindəkilərini göstərdi - VİDEO

Bu il “Son zəng” tədbiri TEZ KEÇİRİLƏCƏK - RƏSMİ

Bu il “Son zəng” tədbiri TEZ KEÇİRİLƏCƏK - RƏSMİ

Kürdə suyun səviyyəsi ARTIB

Kürdə suyun səviyyəsi ARTIB

Gürcüstanda vitse-prezident postu təsis olundu

Gürcüstanda vitse-prezident postu təsis olundu

Nurlana Orucova şöbə müdiri TƏYİN EDİLDİ

Nurlana Orucova şöbə müdiri TƏYİN EDİLDİ

Agentlik sədri Qusarda... - FOTOLAR

Agentlik sədri Qusarda... - FOTOLAR

Mövsümün ilk gilası 30 minə satıldı

Mövsümün ilk gilası 30 minə satıldı

Lopezin oğlunun son halı hər kəsi qorxutdu: "Bu, fotoşopdur?" - FOTO

Lopezin oğlunun son halı hər kəsi qorxutdu: "Bu, fotoşopdur?" - FOTO

Bakı-Quba yolunda bir maşın qarğıdalı YOLA TÖKÜLÜB - VİDEO

Bakı-Quba yolunda bir maşın qarğıdalı YOLA TÖKÜLÜB - VİDEO

Aİ-nin Ermənistandakı yeni missiyası NƏDİR?

Aİ-nin Ermənistandakı yeni missiyası NƏDİR?

Gürcüstanda dəyişiklik: Yeni daxili işlər naziri təyin olundu

Gürcüstanda dəyişiklik: Yeni daxili işlər naziri təyin olundu

Röya Ayxanın 25 minlik saatı Türkiyədə GÜNDƏM OLDU - VİDEO

Röya Ayxanın 25 minlik saatı Türkiyədə GÜNDƏM OLDU - VİDEO

Barat Yusubovun işdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Barat Yusubovun işdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Şuşada tikintiyə 30 milyona yaxın vəsait ayrıldı

Şuşada tikintiyə 30 milyona yaxın vəsait ayrıldı

Tramp: İranla atəşkəsin uzadılmasını İSTƏMİRƏM

Tramp: İranla atəşkəsin uzadılmasını İSTƏMİRƏM

İşdən çıxarılan Rəşad Əhmədalıyevin böyük sərvəti ortaya ÇIXDI - Siyahı adamı heyrətləndirir

İşdən çıxarılan Rəşad Əhmədalıyevin böyük sərvəti ortaya ÇIXDI - Siyahı adamı heyrətləndirir

Bu qurumlarla bağlı Baş nazirdən QƏRAR

Bu qurumlarla bağlı Baş nazirdən QƏRAR

Tramp 8 qadınla bağlı İrana ÇAĞIRIŞ ETDİ - FOTO

Tramp 8 qadınla bağlı İrana ÇAĞIRIŞ ETDİ - FOTO

Dəri, ürək və ümumi sağlamlıq üçün hansı balıq faydalıdır?

Dəri, ürək və ümumi sağlamlıq üçün hansı balıq faydalıdır?

End of content

No more pages to load

RADİO