İsrailli ekspert: «Azərbaycan İsrail üçün strateji cəhətdən mühüm ölkədir»

Bu yaxınlarda Azərbaycanın Dağlıq Qarabağda erməni işğalçılarına qarşı apardığı müharibə rəsmi Bakının böyük qələbəsi ilə nəticələndi.

Bu münasibətlə bir çox sosial şəbəkə istifadəçiləri Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı İsrail bayrağının da fotoşəklini paylaşıblar.

Bizim.Media xəbər verir ki, israilli hərbi ekspert Set Fransman bu barədə İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Müharibədə qələbə ilə əlaqədar Azərbaycanda İsrail bayraqları qaldırılıb. Münasibətlər bundan sonra da inkişaf edəcəkmi?” sərlövhəli məqaləsində yazır.

Türkiyənin Bakının hərbi səylərini dəstəklədiyini bildirən məqalə müəllifi vurğulayır:

“Azərbaycan uzun illər ərzində İsraildən pilotsuz uçuş aparatları və müxtəlif növ silah-sursat alıb. Məhz bu nöqteyi-nəzərdən İsrailə Azərbaycanın strateji tərəfdaşı kimi baxılır. Bu, onu göstərir ki, strateji münasibətlər indi inkişaf edə və möhkəmlənə bilər.

Son onilliklər rəsmi Bakı ordunu yaxşılaşdıraraq və möhkəmləndirərək, özünün hərbi və texnoloji imkanlarını artırmağa çalışıb, düşmənin tanklarını və artilleriyasını məhv etməkdən ötrü texnologiyalardan - bir növ ani hərbi-hava qüvvələri qismində müasir dronlardan və pilotsuz uçuş aparatlarından istifadəyə səy göstərib.

Bütün bunlar elə baş verdi ki, Bakı uğurla və effektli şəkildə hərəkət edərək Ermənistanın işğalçı qüvvələrinin zirehli tank bölmələrinə sarsılmaz və ağır zərbələr endirdi”.

Set Fransman vurğulayır: “1990-cı illərdə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal edib və bu region özünün qondarma “müstəqilliyini” elan edib və bununla da özünü dünya birliyi tərəfindən qəbul edilməyən kiçik dövlətlərə oxşadıb.

Müxtəlif beynəlxalq təşkilatlar bu münaqişəni həll etməyə cəhd göstərsələr də, münaqişə nizamlanmayıb.

Bu dəfə müharibə Ermənistan üçün ciddi məğlubiyyətə çevrildi. Noyabrın ilk həftəsində işğalçı qüvvələr ciddi itkilər verdilər. Müharibə başlandıqdan 44 gün sonra Rusiyanın vasitəçiliyi ilə imzalanan razılaşmaya müvafiq olaraq, Rusiya ordusu regionda özünün sülhməramlı qüvvələrini yerləşdirdi, ermənilər isə Azərbaycanın işğal altında olan ərazisinin böyük hissəsini tərk etdilər”.

İndi sual yaranır, rəsmi Bakının İsrail ilə münasibətləri möhkəmlənəcəkmi?

İsrailli hərbi ekspert deyir: “İsrail və Azərbaycan bir neçə ümumi maraqlara sahibdirlər, onlardan biri enerjidaşıyıcıları ticarəti və müdafiə sənayesidir. İsrailin texnologiya sahəsində əməkdaşlıq baxımından Bakıya təklif edəcəyi çox şey var.

Bakıda İsrail bayraqlarının dalğalanması Azərbaycanın bu ölkəyə açıqlığının təzahürüdür.

İsraildə Azərbaycan diasporunun Azərbaycana dəstək mitinqləri də keçirilib. Xarici siyasət strategiyası sübut edib ki, Azərbaycan İsrail üçün strateji cəhətdən mühüm ölkədir”. (Azvision)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Bakının iki rayonunda qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

3 BÜRC üçün pul və uğur qapıları açılır

3 BÜRC üçün pul və uğur qapıları açılır

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Mahir Emreli yenə qol vurdu – VİDEO

Mahir Emreli yenə qol vurdu – VİDEO

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini açıqladı

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

End of content

No more pages to load

RADİO