Göygöldə hərəkətdə olan avtomobil skuter sürən yeniyetməni vurub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.
Qəza zamanı xəsarət alan rayon sakini, 2012-ci il təvəllüdlü A.Amir Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu