Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

Cins şalvarların ön cibinin içərisində yerləşən kiçik cib gündəlik geyimin adi detalına çevrilsə də, onun ilkin təyinatı çoxlarına məlum deyil.

Bizim.Media xəbər verir ki, bu detal hələ XIX əsrdə Amerika Qərbində çalışan işçilərin ehtiyacları nəzərə alınaraq yaradılıb.

Kiçik cibin tarixi 1873-cü ilə gedib çıxır. Həmin il Levi Strauss və dərzi Jacob Davis metal pərçimlərlə möhkəmləndirilmiş iş şalvarının konstruksiyasına patent alıblar. Dizaynın bir hissəsi kimi əsas ön cibin yuxarı hissəsinə ensiz əlavə cib yerləşdirilib.

Əslində saat üçün nəzərdə tutulub

Bu kiçik cibin ilkin məqsədi cib saatlarını qorumaq olub. XIX əsrdə cib saatlarından geniş istifadə edilirdi.
 

Saatlar adətən zəncirlə geyimə bərkidilsə də, ağır fiziki iş zamanı onların düşməsi və ya zədələnməsi riski yüksək idi. Buna görə Strauss və Davis saatın içəridə möhkəm qalması üçün xüsusi dar cib hazırlayıblar.


Cins şalvarlar əvvəlcə dəbli geyim kimi deyil, mədənçilər, kovboylar, fermerlər, dəmiryol işçiləri və digər ağır fiziki işlə məşğul olan insanlar üçün istehsal edilirdi.

1890-cı ildən etibarən bu dizayn kütləvi istehsala keçib və balaca cib cins şalvarların dəyişməz elementlərindən birinə çevrilib. Zaman keçdikcə ölçüsü də bir qədər kiçilib.

İndi isə başqa məqsədlər üçün istifadə olunur

Cib saatları gündəlik istifadədən çıxdıqdan və qol saatları yayıldıqdan sonra bu cibə olan ehtiyac faktiki olaraq aradan qalxıb. Buna baxmayaraq, istehsalçılar dizaynı qoruyub saxlayıblar.
 

Bu gün kiçik cibə qəpik, dodaq balzamı, qulaqcıq və digər xırda əşyalar yerləşdirilir. 1950-ci illərdə isə amerikalı gənclər ondan alışqan, gitara mizrabı və kino biletlərini saxlamaq üçün istifadə edirdilər.


Beləliklə, bu gün sadəcə dekorativ detal kimi görünən kiçik cib əslində 150 ildən çox əvvəl cib saatlarını qorumaq üçün yaradılıb və cins şalvarların tarixi ilə birlikdə günümüzədək gəlib çatıb. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Bakının iki rayonunda qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

3 BÜRC üçün pul və uğur qapıları açılır

3 BÜRC üçün pul və uğur qapıları açılır

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Mahir Emreli yenə qol vurdu – VİDEO

Mahir Emreli yenə qol vurdu – VİDEO

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini açıqladı

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

Yaxın 2 gündə HAVA necə olacaq?

Yaxın 2 gündə HAVA necə olacaq?

Binədə güclü yanğın – VİDEO

Binədə güclü yanğın – VİDEO

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

End of content

No more pages to load

RADİO