Hava hücumundan müdafiə (HHM) qüvvələri 12 saat ərzində Ukraynaya məxsus 426 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün "Maks" messencerindəki kanalında məlumat yayıb.
Qurumun məlumatına görə, dronlar Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək olan müddətdə ələ keçirilərək məhv edilib.
Pilotsuz aparatlar Belqorod, Bryansk, Voronej, Vladimir, Kaluqa, Kursk, Oryol, Ryazan, Smolensk, Tver, Tula vilayətləri, Moskva regionu və Krım üzərində vurulub.
Bizim.Media