Erməni işğalı altında olan Kəlbəcər rayonunun azad edilməsi sevincini yaşayan vətəndaşlarımız hazırda Bakının bir neçə ərazisində avtoyürüş keçirir.
Bizim.Media xəbər verir ki, günorta saatlarından etibarən əllərində Azərbaycan, Türkiyə və Rusiya bayraqları olan şəhər sakinləri yürüyüş edirlər.
30 il bu sevinci gözləyən sakinlər " Qarabağ bizimdir", "Kəlbəcər azaddır" şüarlarını səsləndirirlər.
Şəhər sakinlərinin də böyük marağına səbəb olan yürüyüş bu dəqiələrdə də Bakı küçələrində davam edir.
Vüsalə Balayeva. Bizim.Media