Ermənistanın yeni xarici siyasət kursu və Zəngəzur xofu

Bizim.Media Armenia.today saytına istinadən məlumat verir ki, yeni dövrdə Ermənistan xarici siyasətində ciddi dəyişikliklərin olacağı gözlənilir. Bunu sayta verdiyi açıqlamada erməni politoloq Suren Sarkisyan bildirib.

Sarkisyanın fikrincə, hazırkı hakimiyyətin səhv siyasəti Ermənistanı bir sıra reallıqlarla üzləşməyə məcbur edəcək. İlk növbədə Ermənistanın xarici siyasətində təhlükəsizlik faktoru əsas yer tutacaq və bütün xarici siyasət kursu təhlükəsizlik məsələsi ətrafında qurulacaq.

Çünki, Ermənistan Qarabağ cəbhəsində məğlub olmaqla bu günə qədər bölgədə sərgilədiyi “qalib” obrazından məhrum edilib.

Müharibə sübut edib ki, Ermənistan artıq həm özünü, həm də Dağlıq Qarabağdakı erməniləri qoruyacaq gücdə bir orduya malik deyil.

Yeni dövrdə Ermənistan əvvəllər olduğu kimi Dağlıq Qarabağın təhlükəsizliyinin təminatı kimi çıxış edə bilməyəcək və bunun üçün hər zaman başqa bir dövlətin köməyinə möhtac olacaq. 

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan müxalifəti Nikol Paşinyanın dünyanın gözündə “məğlub lider” obrazı yaratdığını və buna görə də, heç kimin onunla hesablaşmayacağını qeyd edirdi. 

Politoloqun fikrincə, artıq Ermənistanın öz hüquqi əraziləri belə hücum təhlükəsi qarşısındadır. Hazırda erməni ictimaiyyətində bir Zəngəzur xofu da yaşanır.

Erməni mediası da Azərbaycanın Qarabağın azad edilməsi ilə dayanmayacağı, yeni hədəfin Zəngəzur olacağı il bağlı məlumatlar yaymaqda davam edir.

Bütün bunlara görə politoloq, Ermənistanın əvvəlki kimi müxtəlif istiqamətlərə yönəlmiş və balanslı siyasi xətt izləməsi mümkün olmayacağını qeyd edib.



O, bildirib ki, Zəngəzur məsələsi ciddi narahatçılıq yaratmalıdır, çünki Azərbaycanın bu ölkəyə qarşı sürəcəyi təzminat iddialarını qarşısında hərbsiz də torpaq itkisinə məruz qala bilərlər. 

Ermənistan xarici siyasətinin əsasında “fürsətçilik” yer alacağını qeyd edən politoloq yeni geosiyasi reallıqlara uyğunlaşmağa məcbur olduqlarını da əlavə edib. 

“Çiçəklənən Ermənistan” fraksiyasından deputat Edmond Marukyan da Ermənistan xarici siyasət kursunun tamamilə yenilənməyə ehtiyac olduğunu qeyd edir. Onun fikrincə, müharibə Ermənistanın qonşu dövlətlər tərəfindən necə mühasirəyə salındığını bir daha göstərdi.

Hökümətin ilk işi bu blokada mühtini aradan qaldırmaq olmalıdır. Marukyanın fikrincə, Gürcüstan, Rusiya və İranla yanaşı Minsk qrupuna üzv olan digər ölkələrlə də əlaqələrin dərinləşdirilməsinə ehtiyac var. 

Erməni ekspertlərin də açıqlamalarına əsasən istənilən halda Ermənistanın xarici siyasət kursunun 10 noyabr sülh razılaşmasından sonra fərqli istiqamətdə davam edəcəyi gözləmək olar. Artıq hərbi güc ehtimalı əlindən çıxan Ermənistan rəhbərliyi, var qüvvəsi ilə diplomatik əlaqələrini gücləndirməyə və Dağlıq Qarabağla bağlı danışıqların sonrakı mərhələsində bu əlaqələrdən istifadə etməyə çalışacaq.

Çünki Ermənistan artıq bütün cəbhələrdə məğlub durumdadır.

Siyasi, hərbi, iqtisadi cəbhədə dizləri yerə gəlmiş Ermənistan, var gücü ilə informasiya müharibəsi aparır. Amma XXI əsrin texnoloji imkanları onu bu cinahda da nə qədər səmərəsiz bir işlə məşğul olduğunu tez bir zamnada üzə çıxarır. Həm də artıq onun qarşısında düşmənin bütün xarakterinə bələd güclü Azərbaycan var! 

Rəvan Əliyev. Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Bakının iki rayonunda qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

3 BÜRC üçün pul və uğur qapıları açılır

3 BÜRC üçün pul və uğur qapıları açılır

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Mahir Emreli yenə qol vurdu – VİDEO

Mahir Emreli yenə qol vurdu – VİDEO

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini açıqladı

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

End of content

No more pages to load

RADİO