“Soyuq Günəş” niyə ekranlara çıxa bilmədi? – “Evdə qadağan etdim...”

“Soyuq Günəş” əsərində əsas hadisələr 1941-45 ci illərdə cərəyan edir. Qusarın ucqar kəndlərindən biri və dünyadan xəbərsiz bir-birlərini dəlicəsinə sevən iki gənc Yarmət və Yarqunat. Lakin iki sevgili taleyin onlara hazırladığı sürprizdən hələ də xəbərsizdirlər.

Bizim.Media “Soyuq Günəş” filminin əsas qəhrəmanları Yarqunat və Yarmətlə maraqlı müsahibə hazırlayıb.

Filmin Yarməti aktyor Sənan Kazımov bildirir ki, əsl sevginin yolunu ömrü boyu gözləməyə hazırdır. Əsərin Yarqunatı İranə Kərimova isə düşünür ki, Yarmət heç də vəfasız deyildi, ona geri dönməməyi yaşadığı hadisələr vadar edib.

Bizim.Media İranə Kərimova və Sənan Kazımov ilə müsahibəni təqdim edir.

Dosye: Aktrisa Kərimova İranə 1998-ci ildə anadan olub. Bakı Xoreoqrafiya Akademiyasında bakalavr təhsili alıb. Hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında və “Bir səhnə” produser mərkəzində çalışır.

Aktyor Sənan Kazımov 1998-ci ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr və magistır səviyyəsində bitirib. Hazırda Azərbaycan Gənc Tamaşaçılar Teatrında çalışır. Bundan başqa o populyar seriallarda da rol alır.

Sənan və İranənin fotolarının sosial şəbəkələrdə görən çəkiliş heyəti istedadlı gəncləri film üçün seçim turuna dəvət ediblər. Elə ilk görüşdən sonra onlar Yarmət və Yarqunat roluna təsdiqlənərək nakam gənclərin sevgisini efirdə canlandırırlar.

Sənan Kazımov bildirir ki, filmə çəkilməyinin ən əsas səbəblərindən biri ssenarini çox bəyənməsi olub. 

Beləliklə, maraqlı söhbətimiz başlayır. Elə ilk sualım filmdə yaşanan sonsuz sevgidən olur.

- Həyatda bu cür sevgi ilə qarşılaşsaydınız Yarqunat kimi sona qədər sevginizi gözləyərdiniz?

İranə Kərimova: Güvəndiyim, inandığım biri olsa onu sona qədər gözləyərəm. Sevgi daha çox iç dünyamız ilə bağlı bir şeydir.

Sənan Kazımov: Sözsüz ki, gözləyərdim. 

Kinonun hər iki ulduzunun fikrincə, ssenari çox mükəmməldir və orada heç bir hərfi belə dəyişməzlər. Bir də əgər sonluq nakam məhəbbətlə bitməsəydi film bu qədər yadda qalmazdı. Leyli və Məcnun və Romeo Culiyetta kimi...

- İstərdim çəkilişlərdən danışasız. Çəkilişlər zamanı başınza hər hansı bir qeyri-adi hadisə gəlibmi?

Sənan Kazımov:
Elə hər günümüz demək olar ki, ekstrim idi. Filmə baxan tamaçaçılar elə bilirlər ki, film isti aylarda çəkilib, ancaq hər şey tam əksinə idi. Təsəvvür edin, oktyabrın ortaları və Azərbaycanın ən soyuq rayonu olan Qusarın ən ucqar kəndi. Biz nazik, kətan köynəklə kamera qarşısına keçirdik. Gündüz yenə bir az asan idi, gecə soyuqdan donurduq. Çəkiliş dayanan kimi hərəmizin üzərinə 2-3 dənə isti örtük atırdılar ki, bədənimiz qızışsın. Bundan başqa kənddə çox sayda çaqqal vardı. Hətta bir dəfə gecə vaxtı aktyorlardan birini az qala çaqqal parçalayacaqdı.

İranə Kərimova: Çox soyuq idi, donurduq. Amma ümumi olaraq, orada çox gözəl abu-hava vardı.

Aktyorlar bildirirlər ki, çəkimlər 2018-ci ilin oktyabr ayında başlayıb. “Nizami” kino mərkəzində keçiriləcək təqdimat mərasiminə 1 həftə qalmış isə ölkədə karantin elan olunub. Beləliklə, film ilk dəfə olaraq “Youtube”-da ləzgi dilində yayımlanır. Bu ilin aprel ayında isə filmin Azərbaycan dilində olan versiyası tamaşaçıların ixtiyarına buraxılıb. 

- Filmin belə uğur qazanacağını gözləyirdiniz? Çünki son zamanlar çəkilən filmlərin əksəriyyəti tənqid olunurdu?

İranə Kərimova: Mən ssenariyə çox güvənirdim. Ancaq düzü bu qədər seviləcəyini heç gözləmirdim.

Hər bir işdə olduğu kimi “Soyuq günəş” filmi haqqında da bəzi tənqidi fikirlər dolaşmaqdadır. Bəs görəsən, aktyorlar bu barədə nə düşünürlər.

İranə Kərimova: Daha çox ssenaridə niyə Yarmətin belə vəfasız olduğunu tənqid edirdilər. Ən çox mənə bu haqda mesajlar yazırdılar.

- Bu tənqidlərin içində bir məqam məni narahat etdi. Tənqidlərə görə, filmdə cavan nəsil yaşlı nəsildən daha çox öz rollarının öhdəsindən gəlib. Baxmayaraq ki, orada professional aktyorlar yer alırdı. Siz bu barədə nə düşünürsüz?

Sənan Kazımov: Belə deyim, biz cavanıq bizim özümüzə görə prioritetlərimiz var. Efirdən baxanda insanlar daha çox cavan şəxslərə baxmaq istəyirlər. Bunun mən dəfələrlə şahidi olmuşam. Məsələn bir serialda cavan nümayəndələr çox olanda o gənc nəsil tərəfdən daha da çox izlənilir. Bu filmdə də həmçinin insanlarda belə bir tendensiya yaranıb. Onların fikrincə final mərhələsində biz özümüz oynamalı idik. Ancaq bu yanlış fikirdir. 

İranə Kərimova: Bəlkədə bütün film boyu bizi görüblər, gözləri öyrəşib finalda da bizi görmək istəyiblər, ona görə də bu cür fikirlər formalaşıb.

- Bəzi məqamlarda rejissor işi də tənqid olunurdu...

İranə Kərimova: Qəti. Mən Elşən müəllimlə iş prosesindən çox böyük zövq alırdım. Elşən müəllimin məqsədi bir xalq filmi yaratmaq idi. Məncə o məqsədinə çatıb.

Sənan Kazımov: Bir söz deyə bilərəm, fimi Elşən Zeynallıdan başqa rejissor çəksə idi film belə uğur qazanmazdı. Bir çox vaxt Azərbaycanda film çəkməyə xarici rejissorlar dəvət olunub. Ancaq layihələr hər zaman uğursuz alınıb. Çünki o gələn əcnəbi rejissor Azərbaycan mentalitetinə, dəyərlərinə, tarixinə bələd olmayıb. Ona görə milli bir film ərsəyə gətirə bilməyib. 

- İranə xanım, sizcə Yarmət həqiqətənmi vəfasız çıxdı, Yarqunatın sevgisinə layiq olmadı?

- Əsla, mən Yarmətə haqq qazandırıram. Onun başqa çıxış yolu yox idi. Yarmət 18-19 yaşlarında vətənini tərk edəndə Yarqunatı gəlinlik paltarında Osmanın həyat yoldaşı kimi görüb. Onun heç ağlına gələ bilməzdi ki, Yarqunat onu bu neçə illərdə gözləyib. Onun da taleyi Yarqunatın taleyi kimi acı idi. Sadəcə, Yarmətin ailə qurması tamaşaçıda bu obraza qarşı bu qədər aqressiya yaradıb.

- Filmin sonu sizə necə təsir etdi?

İranə Kərimova: Mən filmə hər dəfə baxanda hönkür-hönkür ağlayıram. Hətta ağladığıma görə evdəkilər filmə mənsiz baxırlar. O hissləri yenidən yaşamaq mənim üçün çox ağırdır. Mən hər dəfə özümə söz verirəm ki, filmə tamaşaçı qismində deyil, aktrisa kimi baxacam. Ancaq bu məndə alınmır. 

Sənan Kazımov: Mən artıq evdəkilərə filmə baxmağa qadağa qoymuşam. Bir dəfə baxdılar filmə, sonra evdə nə baş verdiyini gördüm. (gülür) Xahiş etdim ki, bir daha baxmayın. Mən hələ ssenarini oxuyanda, bir-neçə səhnəyə kövrəlmişdim. Hətta son səhnəsində ağladım.

- Sizcə Yarmətlə Yarqunat niyə qovuşa bilmədi? Onlara nə mane oldu? 

- İranə Kərimova: Onların sevgisi bəzi adət-ənənələrimiz, mental dəyərlərin qurbanı oldu. Hər şey Yarqunatın ailəsinin ona sevgisizliyindən, güvənsizliyindən irəli gəldi. 

Sənan Kazımov: Mental dəyərləri bir qırağa qoyaq. Burada əsas kasıb - imkanlı söhbətidir. Yarqunatın ailəsi düşündü ki, Yarmət kasıbdır ona qız vermək olmaz, Osman isə varlıdır. Çox təəssüf ki, müasir zamanda da bu tendensiya davam edir. 

- Cəmiyyət arasında sizə obrazınızla müraciət edirlər?

İranə Kərimova: Çox olub. Yaxınlaşıb, şəkil çəkdiriblər, ürək sözlərini bildiriblər.

Sənan Kazımov: Olur, ancaq bu mənim heç xoşuma gəlmir. Çünki tamaşaçı bir aktyoru çox bəyənirsə, onun haqqında doğru məlumatı öyrənməyə tənbəllik çəkir. Elə xatırladığı obraz ilə ona səslənir. Mənə adımla müraciət edəndə daha çox xoşuma gəlir, nəinki obrazlarımla.

Söhbətimiz bitir. Sənan və İranə ilə ayrılırıq. Ancaq məni yolboyu bir sual düşündürür. Yarmətlə Yarqunat qovuşsa idi bu tarixçənin sonu necə bitərdi?...

Vüsalə Balayeva, Bizim.Media 



















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

End of content

No more pages to load

RADİO