İspaniyanın “Real” klubu Kərim Benzema ilə müqaviləni uzadıb.
Bizim.Media xəbər verir ki, yeni anlaşma 2023-cü ilin yayında başa çatacaq.
33 yaşlı hücumçu 2009-cu ildən Madrid təmsilçisində çıxış edir. Onun əvvəlki müqaviləsi 2022-ci ilin yayında başa çatmalı idi.
Qeyd edək ki, Kərim “Real”da üç dəfə ölkə çempionu, dörd dəfə Çempionlar Liqasının qalibi olub.
Bizim.Media