Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, turnirdəki iştirakçılarımızdan əvvəlcə “Qarabağ” meydana çıxıb.
Ağdam klubu Bakıda Şotlandiya təmsilçisi “Aberdin”lə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcən görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Təmsilçimizə qələbə qazandıran yeganə qola Xayme Romero imza atıb.
Komandalar arasında cavab matçı isə avqustun 26-da Aberdində keçiriləcək. Mərhələni keçən komanda qrup mərhələsinə yüksələcək.
Bizim.Media