Çin-ABŞ rəqabətində növbəti gediş - Əfqanıstan partiyası

17 avqustda Çin xarici işlər naziri Vang Yi ABŞ-ın Əfqanıstandan çəkilməsi ilə bağlı rəsmi Pekinin mövqeyini səsləndirib. Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran nazir, baş verənləri ABŞ-ın məsuliyyətsiz davranışı olduğunu qeyd edib.

Onun sözlərinə görə, baş verənlər bir daha sübut etdi ki, bir ölkənin ənənəsinə və tarixinə uyğun olmayan, xaricdən idxal olunan hazır qəliblərin inkiaşf etməsi mümkünsüzdür.

Çünki nazir Əfqanıstanda sabitliyin və sülhün bərpa olunmasında ABŞ-la dialoq içərisində hərəkət edəcəklərini bildirsə də, ABŞ-a xəbərdarlıq etməyi də yaddan çıxarmayıb. Nazir Çinin BMT-nin 5 daimi üzvündən biri olduğunu qeyd edərək ABŞ-ın Çinə təzyiq göstərməyə çalışdığını bildirib. Əgər ABŞ Çinin maraqlarına qarşı mübarizə aparmağa davam edəcəksə, Çinin dəstəyini və əməkdaşlığını da gözləməsin, deyə Vang Yi qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Çinin “Amerikan diplomatiyasına” özünəməxsus cavabı


Çin rəsmisinin verdiyi açıqlamalar son illərdə get-gedə gərginləşən ABŞ-Çin münasibətəri fonunda olduqca maraq doğurur.

Əfqanıstanda baş verənlər geosiyasi baxımdan ABŞ-ın geri çəkilməsidir və bu Çin üçün olduqca əlverişlidir. Çin Əfqanıstan üzərindən Pakistan və İranla daha asan və birbaşa əlaqə yaratmaq niyyətindədir və bu günə qədər ABŞ-ın Əfqanıstandakı varlığı Çinin Əfqanıstan planları üçün əngəl təşkil edirdi.

Bu məqsədlə Çin uzun müddətdir ki, Əfqanıstanda münaqişə tərəfləri ilə sıx əməkdaşlıq edirdi. Çin üçün əsas məsələ Əfqanıstanda vahid idarəçiliyin qurulması və sabitliyin təmin olunmasıdır, bu idarəçilərin kim olması və onların nəyə inanmaları isə Çin üçün elə də önəmli deyil.
 

Digər tərfədən ABŞ-ın Əfqanıstandakı 20 illik fəaliyyətinin uğursuz olması və Talibanın yenidən hakimiyyətə gəlməsi Çin üçün ciddi ideoloji üstünlük yaradır.


ABŞ Çinin Tayvan məsələsindəki əsas rəqibidir. Baş verənlər nəticəsində Çin oxşar situasiyanın nə vaxtsa Tayvan üçün də ola biləcəyini, ABŞ-ın Tayvanı tək buraxacağını göstərmək fürsəti əldə edir.

Çin xarici işlər nazirinin Tayvanla bağlı açıqlamaları da Çinin bu ideoloji amildən yararlanmaqda istəkli olduğunu göstərir. Belə ki, Vang Yi öz çıxışında Tayvana da xəbərdarlıq edərək, onları ABŞ-a çox güvənməyə çağırıb. Onun sözlərinə görə, ABŞ Əfqanıstan kimi Tayvanı da bir gün tək başına qoyacaq. 

ABŞ-ın geri çəkilməsi Çinə dünya siyasətindəki yeni qlobal güc olduğunu göstərmək fürsəti qazandırıb. ABŞ-ın Əfqanıstandakı uğursuzluğu ilk növbədə ABŞ-ın son 30 ildə rəhbər tutduğu demokratikləşmə prosesini ciddi şəkildə sarsıtdı.


Sistemin uğursuzluğu baxımından bu gün ABŞ Əfqanıstanda məğlub tərəfdir, Çin isə qalib tərəfdə təmsil olunur.

Artıq aydın olur ki, sabitliyin və təhlükəsizliyin təmin olunması ABŞ-ın təkbaşına iştirakı ilə baş verəcək bir proses deyil. Çin kimi dünyanın digər qlobal gücləri də bu prosesdə iştirak etməli və dolayı yolla ABŞ digər aktorlarla da hesablaşmaldır. Bu sadəcə Çinin istəyi deyil, daha çox mövcud siyasi konyukturanın tələbidir.

Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

Bakı–Qazax yolundakı avtomobil körpüsünün söküntüsünə başlanıldı - VİDEO

Bakı–Qazax yolundakı avtomobil körpüsünün söküntüsünə başlanıldı - VİDEO

Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - AÇIQLAMA - VİDEO

Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - AÇIQLAMA - VİDEO

Mərdəkanda dənizdə iki yeniyetmə batdı — Biri xilas edilib, digəri axtarılır

Mərdəkanda dənizdə iki yeniyetmə batdı — Biri xilas edilib, digəri axtarılır

Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı

Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı

Sahibə Qafarova efiopiyalı həmkarını Azərbaycana dəvət etdi - FOTO

Sahibə Qafarova efiopiyalı həmkarını Azərbaycana dəvət etdi - FOTO

End of content

No more pages to load

RADİO