"Koçaryan, Sarkisyan, Ohanyan ordumuzu görəndə qaçıb gizləndilər" - PREZİDENT

“Ermənistanda növbəti mif onların dırnaqarası “sərkərdələri” ilə bağlı idi. Guya Ermənistanda elə görkəmli generallar, sərkərdələr var ki, onlar istənilən hərbi vəzifəni yerinə yetirə bilərlər. Biz gördük ki, onların generalları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar gizləndilər. Soruşmaq lazımdır onlardan, oradan nəyə görə çıxdılar? Onlar Xankəndidə idilər, üçü də. Niyə qaçmısınız? Niyə gizlənmisiniz?”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimində çıxış edərkən söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Kəlbəcərdəki N saylı hərbi hissədə


“Mən demişəm, bir daha deyirəm, o dəmir-dümürləri çıxarın, onları atın zibil yeşiyinə. Siz fərarisiniz, qorxaqsınız. Biz sizi məhv etmişik. Xocalı soyqırımında ən fəal rollardan birini oynayan keçmiş müdafiə naziri Şuşadan güclə canını qurtardı, son anda canını qurtardı.

Dovşan kimi qaçmışdılar. Biz onları məhv etmişik. Onların dırnaqarası “qəhrəmanlarını”, “Artsax”, olmayan “Artsax” qəhrəmanlarını məhv etmişik.

Onlar bu damğa ilə əbədi yaşayacaqlar. Fərarilər, satqınlar, cəlladlar, qorxaqlar - onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər. Necə ki, vaxtilə Xocalını işğal edəndə burada demək olar ki, onlara müqavimət göstərən qüvvə yox idi, mülki vətəndaşlar idi. Bax, bu evlərdə yaşamış mülki vətəndaşlar idi və aprel ayında hələ burada qarlar əriməmişdi, onların böyük hissəsi burada həlak oldu. Onlar buradan Gəncə istiqamətinə, o Murov dağının üstündən, Ömər aşırımından keçərkən onlara pusqular qurdular.

Onları – uşaqları, qadınları, qocaları qətlə yetirdilər. Onlar məcbur olub ayaqyalın, qarlı-şaxtalı havada Ömər aşırımından keçərək, on kilometrlərlə yolu qət edərək buradan çıxmalı idilər.


Bir çoxları da yolda qaldı, dondu, öldü. Bu, erməni vəhşiliyidir. Biz vəhşiləri məğlub etdik. Biz bölgəni vəhşilərdən, faşistlərdən xilas etdik. Bunu heç kim heç vaxt unutmamalıdır”, - deyə dövlətimizin başçısı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

Bakı–Qazax yolundakı avtomobil körpüsünün söküntüsünə başlanıldı - VİDEO

Bakı–Qazax yolundakı avtomobil körpüsünün söküntüsünə başlanıldı - VİDEO

Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - AÇIQLAMA - VİDEO

Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - AÇIQLAMA - VİDEO

Mərdəkanda dənizdə iki yeniyetmə batdı — Biri xilas edilib, digəri axtarılır

Mərdəkanda dənizdə iki yeniyetmə batdı — Biri xilas edilib, digəri axtarılır

Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı

Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı

Sahibə Qafarova efiopiyalı həmkarını Azərbaycana dəvət etdi - FOTO

Sahibə Qafarova efiopiyalı həmkarını Azərbaycana dəvət etdi - FOTO

End of content

No more pages to load

RADİO