Rusiyanın Kamçatka diyarında qəzaya uğrayaraq Kuril gölünə düşən “Mi-8” helikopterindəki 16 nəfərdən - 13 sərnişin və 3 heyət üzvündən 8-ni xilas etmək mümkün olub.
Bizim.Media xəbər verir ki, “Vityaz-Aero” şirkətinə məxsus helikopterdə olan daha 8 nəfərin sağ tapılacağına ümid azdır.
Helikopterin komandiri və 7 sərnişin, o cümlədən bir uşaq itkin düşmüş sayılır. Helikopterin Nikolayev qəsəbəsindən Kuril gölünə və Xodutka vulkanına turist daşıdığı bildirilir.
İlkin məlumata görə, helikopter gölün dibinə - 135 metr dərinliyə düşüb.
Hadisə yerində xilasedicilər işləyir.
Bizim.Media