Ukraynanın yunan-Roma güləşi üzrə millisinin Azərbaycan əsilli idmançısı Pərviz Nəsibova avtomobil hədiyyə olunub.
Bizim.Media xəbər verir ki, ona Kiyevdə “Volkswagen” markalı avtomobil verilib.
Pərviz Nəsibovun açıqlamasına görə, bunu azərbaycanlı yox, ukraynalı tanışlarından biri edib.
Qeyd edək ki, Pərviz Nəsibov Tokio Olimpiadasında 67 kq çəki dərəcəsində gümüş medal qazanıb.
Bizim.Media

