Hindistanın Qərbi Benqaliya ştatında güclü yağışlarının səbəb olduğu daşqınlar 23 nəfərin həyatına son qoyub.
Bizim.Media “India Today” nəşrinə istinadla xəbər verir ki, yağıntın miqdarının azalmasına baxmayaraq, regiondakı vəziyyət gərgin olaraq qalır.
Ştatın hakimiyyət orqanların evlərini tərk edənlər üçün müvəqqəti sığınacaqlar qurub.
Qeyd edək ki, Hindistanın şərqində yağan güclü leysan ciddi daşqınlara səbəb olub. Nəticədə Qərbi Benqaliya ştatının bir neçə rayonu su altında qalıb, 300 min nəfər təhlükəli ərazilərdən təxliyə olunub. Hökumət zərər çəkənlərə humanitar yardım göstərmək üçün hərbi helikopterlərdən istifadə edir.
Bizim.Media