ABŞ Dövlət Departamentinin binasında nasizmin rəmzi sayılan svastika işarəsi tapılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat “Axios” nəşrində yer alıb.
Mənbə yazır ki, işarə qurumun Antisemitizmə qarşı Mübarizə İdarəsinin ofisi yaxınlığındakı liftin divarında aşkar olunub.
Artıq bütün əməkdaşlara vandalizm aktının pislənməsi ilə bağlı xəbərdarlıq göndərilib.
Bizim.Media